• CİB bloqa xoş gəlmisiniz

    02 may, 2017
    Müəllif: CİB komandası

    Salam. İlk postumuz adından da bəlli olduğu kimi, CİB bloq haqqında olacaq. CİB tətbiqi artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir və istifadəçilərinin işini asanlaşdırmağa xidmət edir.

    Düşünürəm ki, bloqda paylaşacağımız məlumatlar hər kəsin işinə yarayacaq.
    Bloqu hazırlamaqda məqsədimiz, günü-gündən çoxalmaqda olan CİB istifadəçisinə tətbiqdə baş verən yeniliklər, üzərində işlənilən həllər və müxtəlif aksiyalar barədə birinci mənbədən məlumat verməkdir.
    Sözü uzatmadan demək istəyirəm ki, CİB bloqumuza xoş gəlmisiniz!