HAQQIMIZDA

FinDynamix şirkəti 2019-cu ildə fintech sahəsində təcrübəli komanda tərəfindən təsis olunub. Şirkətimizin missiyası müştəriləri üçün əlavə dəyərlər yaradacaq CİB eko-sistemini inkişaf etdirməkdir. Məqsədimiz Azərbaycanın maliyyə bazarına dünyanın aparıcı fintech yeniliklərini təqdim etmək və müxtəlif bazar seqmentlərinin keyfiyyətli maliyyə xidmətlərinə çıxışına töhfə verməkdir.

Məhsullarımız

CİB multi-bank mobil tətbiqi;

2 CİB Cüzdan həlli;

CİB Pay onlayn və oflayn ödənişlərin qəbulu üzrə ödəmə həlli;

CİB Kart ödəniş kartları,

CİB Bonus proqramı;

CİB Biznes oflayn və onlayn mağazalar üçün ERP və QR ödənişləri daxil ödəmə qəbulu infrastrukturu (ətraflı: https://cib.business )

CİB multi-bank mobil tətbiqi

CİB mobil app olaraq 2015-ci ildən ödəmə bazarında fəaliyyət göstərən mobil ödəniş və pul köçürmə sistemidir. CİB mobil tətbiqi vasitəsi ilə bir çox xidməti (kommunal, dövlət, bank, sığorta və s.) smartfonlardan ödəmək, ölkə daxili istənilən bank kartına pul köçürmək mümkündür.