CİB
ASAN RAHAT TƏHLÜKƏSİZ
“CİB” ödəmə sisteminin mobil proqramının istifadəyə dair

İSTİFADƏÇİ RAZILAŞMASI


Şirkət – Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan, Proqramın inkişafı, təşviqi, marketinq və biznes fəaliyyətini təmin edən, həmçinin Proqramı İstifadəçilərin istifadəsinə təqdim edən “FinDynamix” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mobil proqram – İstifadəçi tərəfindən İstifadəçinin mobil cihazına yüklənən, İstifadəçinin sifarişinə əsasən ödəniş kartlarından mobil cihaz vasitəsilə nağdsız qaydada əməliyyatların icrasını təmin edən “CİB” ödəmə sisteminin mobil proqram əlavəsidir.

İstifadəçi Razılaşması – Proqramdan istifadə edilməsinə dair qaydaları və şərtləri müəyyən edən və Tərəflər arasında münasibətləri tənzimləyən hazırkı Razılaşmadır.

İstifadəçi – Mobil proqramdan istifadə etmək məqsədilə bu Razılaşmada müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş və bu Razılaşmanın şərtlərini qəbul etmiş fiziki şəxsdir.

Mobil cihaz – İstifadəçi tərəfindən istifadə olunan, iOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.

Tərəflər – hazırkı Razılaşmada əks olunan Şirkət və İstifadəçi nəzərdə tutulur.

Kart – hazırkı Razılaşma çərçivəsində İstifadəçi tərəfindən nağdsız əməliyyatların icrasını təmin etmək məqsədilə ödəmə sisteminin mobil proqramına əlavə edilən, Şirkətin şəbəkəsində xidmət olunan Azərbaycan Respublikasında fəaliyyət göstərən bank tərəfindən emissiya edilmiş lokal, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən, “MasterCard Int.” və/və ya “VISA Int.” beynəlxalq ödəmə sistemlərinin loqolarını daşıyan ödəniş kartıdır.

Təchizatçı – mobil proqram vasitəsilə iş, mal və xidmətləri təklif edən (satan) təsərrüfat subyektidir (kommunal xidmət müəssisələri, mobil operatorlar, dövlət strukturları, internet provayderlər və sair).


2.1. Hazırkı İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma” adlandırılacaq) Şirkət ilə İstifadəçi arasında “CİB” ödəmə sisteminin mobil proqramın istifadə edilməsinə dair münasibətləri tənzimləyir.
2.2. İstifadəçi hazırkı Razılaşma ilə tanış olaraq onun bütün şərtlərini qəbul etdiyini, həmin şərtlərə vaxtında və dəqiq əməl edəcəyini bəyan edir.
2.3. İstifadəçi hazırkı Razılaşmanın şərtlərinin qəbul edilməsi ilə bağlı ona qarşı hər-hansı qanuni məhdudiyyətin olmadığını, hazırkı Razılaşmanın şərtlərini öz azad və sərbəst iradə ifadəsi ilə hər-hansı təzyiq olmadan qəbul etdiyini bəyan edir.
2.4. İstifadəçi hazırkı Razılaşmanı qəbul etməklə, öz şəxsi məlumatlarının Şirkət tərəfindən emalına icazə vermiş olur.
2.5. İstifadəçi, elektron qaydada bağlanılan hazırkı Razılaşma və ya istənilən digər sənədlərin mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” qüvvəsində hesab olunduğunu qəbul edir və gələcəkdə hazırkı Razılaşmanın və ya istənilən digər sənədlərin etibarsızlığını iddia etməyəcəyini bəyan edir.
2.6. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul etdikdən və qeydiyyat prosedurunu yerinə yetirdikdən sonra Proqramdan istifadə etmə hüququnu əldə edir. Şirkət istənilən vaxt hazırkı Razılaşmaya dəyişikliklər və/və ya əlavələr edə bilər. Bu halda, dəyişdirilmiş İstifadəçi Razılaşması Mobil cihazda yerləşdirilir və proqramdan növbəti istifadədən öncə İstifadəçiyə İstifadəçi Razılaşmasının yeni şərtləri barədə xəbər verilir və yeni şərtlərin qəbul edilməsi xahiş olunur. İstifadəçi Razılaşmanın şərtləri ilə razı olmadıqda Proqramın istifadəsindən imtina edə bilər.
2.7. Hazırkı Razılaşmaya dəyişikliklər və/və ya əlavələr edildikdən sonra İstifadəçi ödəmə sisteminin istifadəsinə davam edərsə, edilmiş dəyişikliklər və/və ya əlavələr qəbul edilmiş hesab olunur.


3.1. Şirkət Proqramda qeydiyyat prosedurunu keçmiş, Istifadəçi Razılaşmasını qəbul etmiş və Proqramdan onun funksional təyinatı üzrə istifadə edən istənilən şəxsi İstifadəçi kimi tanıyır.
3.2. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul etmək üçün tələb olunan qeydiyyat məlumatlarını Mobil cihazda açılmış pəncərəyə daxil edir.
3.3. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul edərək qeydiyyat zamanı daxil etdiyi məlumatların düzgünlüyünü təsdiq edir və həmin məlumatların düzgünlüyü, dolğunluğu və etibarlılığı üçün bütün məsuliyyəti öz üzərinə götürür. İstifadəçi təqdim olunan məlumatlarında hər-hansı səhv və ya qeyri dəqiqlik nəticəsində yaranan bütün risklərin və zərərlərin aradan qaldırılmasını öhdəsinə götürür və bu cür risk və zərərlə bağlı Şirkətə qarşı hər-hansı iddiasının olmayacağını bəyan edir.
3.4. Proqramın istifadəsinə başlamazdan əvvəl İstifadəçi qeydiyyat prosedurunu keçməklə onun aktivləşdirilməsini həyata keçirir.
3.5. İstifadəçinin qeydiyyatı aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
3.5.1. Proqram İstifadəçi tərəfindən Mobil cihaza yüklənilir;
3.5.2. Proqram İstifadəçi tərəfindən Mobil cihazda işə salınır;
3.5.3. Açılmış pəncərəyə İstifadəçi tərəfindən İstifadəçinin mobil telefon nömrəsi daxil edilir;
3.5.4. Daxil edilən mobil telefon nömrəsinə SMS bildiriş vasitəsilə aktivasiya kodu göndərilir;
3.5.5. Aktivasiya kodu İstifadəçi tərəfindən müvafiq sahəyə daxil edilir;
3.5.6. Daxil edilən kod düzgün olduqda Proqram aktiv olunur və Qeydiyyat prosesinə keçid baş tutur;
3.5.7. Qeydiyyat prosesi zamanı İstifadəçi tərəfindən İstifadəçinin adı və soyadı, elektron poçt ünvanı, məxfi söz və dörd rəqəmli PİN-kod daxil edilir;
3.5.8. İstifadəçi tərəfindən qeyd olunan məlumatlar, düzgün şəkildə daxil edildikdən və hazırkı Razılaşmanın şərtləri qəbul edildikdən sonra qeydiyyat başa çatmış hesab olunur;
3.5.9. Uğurlu qeydiyyatın nəticəsi olaraq İstifadəçiyə qeydiyyat nömrəsi təyin olunur;
3.5.10. PİN-kod İstifadəçi tərəfindən Proqrama daxil olmaq üçün istifadə olunur;
3.5.11. PİN-kodun 3 (üç) dəfə səhv daxil edilməsi Proqramın müvəqqəti dondurulmasına gətirib çıxarır. Bu halda İstifadəçi qaynar xəttə müraciət edərək qeydiyyat zamanı daxil etdiyi məxfi sözü bildirir və PİN-kodun yenidən daxil edilməsi üçün imkan yaradılması və ya yenisi ilə əvəz olunması istəyini bildirir;
3.5.12. PİN-kodun yenisi ilə əvəz olunması tələbində yeni PİN-kod İstifadəçiyə SMS bildiriş vasitəsilə göndərilir;
3.5.13. İstifadəçi PİN-kodun məxfiliyini təmin edir, onu heç bir halda başqasına açıqlamır və ya vermir. Bu məxfiliyin qəsdən, səhlənkarlıq və ya hər-hansı digər səbəb nəticəsində pozulması ilə bağlı bütün risklər İstifadəçiyə aiddir və gələcəkdə Şirkətə qarşı bu öhdəliyin pozulması ilə bağlı hər hansı iddia irəli sürülə bilməz;
3.5.14. İstifadəçinin Mobil cihazı itirildikdə, oğurlandıqda İstifadəçi Mobil cihazını dəyişdirməyə qərar verdikdə, yaxud İstifadəçi mobil telefon nömrəsini dəyişdikdə Proqramın yenidən yazılması və qeydiyyata alınması tələb oluna bilər;
3.5.15. Qeydiyyat zamanı göstərilən məlumatlarda dəyişiklik baş verdiyi halda, İstifadəçi qeydiyyat məlumatlarına Proqram vasitəsi ilə müvafiq dəyişikliklər edə bilər.


4.1. Proqram iOS və Android platformalarını dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər. Proqrama çıxış istənilən mobil operatorların abonenti olan Istifadəçilərə verilir. Şirkət İstifadəçilərə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini göstərmir. Belə xidmətlərdən istifadə olunması və onların ödənişini İstifadəçi, İstifadəçiyə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini göstərən internet operatorunun müəyyən etdiyi qaydada və şərtlər əsasında həyata keçirir.
4.2. Proqram çərçivəsində Şirkət, İstifadəçiyə özünün identifikasiya məlumatlarını saxlamaq, Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən bank tərəfindən istənilən sayda emissiya edilən “MasterCard Worldwide” və/və ya “VISA Inc.” beynəlxalq ödəniş sistemlərinin kartlarını Proqrama əlavə etmək, Təchizatçıların xeyrinə ödənişləri həyata keçirmək, özünə məxsus kart hesabları arasında və digər şəxslərin kart hesablarına pul vəsaitlərini köçürmək, Proqramda aparılmış əməliyyatların tarixçəsi barədə müxtəlif meyarlara əsasən çıxarış əldə etmək, əməliyyatlar üzrə şablonlar yaratmaq, geolokasiya xidmətlərindən istifadə etmək, həmçinin digər xidmətlərdən faydalanmaq imkanlarını yaradır.
4.3. Kartlarla nağdsız əməliyyatların aparılması üçün İstifadəçi kartının nömrəsini, istifadə müddətini və CVV2 kodunu açılmış müvafiq pəncərədə Proqrama daxil edir. İstifadəçi istənilən sayda kartını Proqrama əlavə edə bilər.
4.4. Proqrama əlavə edilmiş kartın mövcudluğunu və İstifadəçiyə məxsus olduğunu yoxlamaq məqsədilə açılmış pəncərədə daxil edilən məlumatlara (kartın nömrəsi, istifadə müddəti və CVV2 kodu) əsasən əlavə edilən kart üzrə 0.5 (beş qəpik) manat (bu vəsait kartdan silinir və sonradan geri qaytarılır) məbləğində əməliyyat həyata keçirilir. Həyata keçirilən əməliyyat üzrə dörd rəqəmli nömrə yaradılır və İstifadəçi müvafiq kartı üzrə əldə etdiyi həmin nömrəni (İstifadəçi müvafiq əməliyyat üzrə ona daxil olmuş SMS bildiriş və ya kartı emissiya edən banka və ya onun prosessinq mərkəzinə müraciət etməklə əldə edə bilər) kartı əlavə etmək üçün istifadə edir.
4.5. Proqram çərçivəsində Şirkət tərəfindən təklif olunan xidmətlərin və əməliyyatların dəqiq siyahısı Şirkət tərəfindən müstəqil şəkildə müəyyən olunur.
4.6. Şirkət Proqram vasitəsi ilə İstifadəçiyə müxtəlif xidmətlər üzrə ödənişləri həyata keçirmək imkanlarını yaradır. Bunun üçün, İstifadəçi Proqramda kartdan (kart hesabından) pul vəsaitinin təyinatı üzrə köçürülməsi və ya silinməsi barədə sərəncam verir. Sərəncamda qeyd olunan pul vəsaiti İstifadəçinin Proqrama əlavə etdiyi müvafiq kartından (kart hesabından) təyinatı üzrə silinir (köçürülür). Ödənişlərin həyata keçirilməsi və pul vəsaitlərinin silinməsi (köçürülməsi), həmçinin xidmət haqlarının tutulması üçün müvafiq kartda (kart hesabında) kifayət qədər vəsait olmadıqda, bu cür əməliyyatlar həyata keçirilmir.
4.7. İstifadəçi kartından (kart hesabından) pul vəsaitinin silinməsi (köçürülməsi) ilə bağlı sərəncamının hüquqi qüvvəyə malik olduğunu, gələcəkdə həmin sərəncamın etibarsızlığını iddia etməyəcəyini bəyan edir.
4.8. İstifadəçinin sərəncamının təyinatı və ya əməliyyatın məbləği üzrə daxil etdiyi səhv məlumatlara görə Şirkət heç bir məsuliyyət daşımır. Bu halların qəsdən, səhlənkarlıq və ya hər-hansı digər səbəblər nəticəsində baş verməsi ilə bağlı ortaya çıxan bütün risklər və zərərlər İstifadəçiyə aiddir və gələcəkdə Şirkətə qarşı bu halların baş verməsi ilə bağlı hər hansı iddia irəli sürülə bilməz. Kart (kart hesabı) ilə bağlı bütün münasibətlər İstifadəçi və kart verən (emissiya edən) təşkilatlar (banklar) arasında tənzimlənir.


5.1. Proqrama əlavə olunan hər bir karta və Proqram vasitəsi ilə verilmiş sərəncamlara görə İstifadəçiyə Şirkət tərəfindən birtərəfli qaydada xidmət haqların tutulması tətbiq oluna bilər. Xidmət haqların məbləği müvafiq kart əlavə olunmazdan, sərəncamın icrası haqqında müvafiq sərəncamın yerinə yetirilməsindən əvvəl Proqram vasitəsilə İstifadəçinin nəzərinə çatdırılır. Xidmət haqları İstifadəçinin Proqrama əlavə etdiyi müvafiq kartından (kart hesablarından) silinir.
5.2. Şirkət öz müstəsna mülahizəsinə görə, ilkin və/və ya sonradan bildiriş etmədən istənilən vaxt xidmət haqlarını dəyişdirmək hüququna malikdir. Dəyişdirilmiş xidmət haqları müvafiq kart əlavə olunmazdan, sərəncamın icrası haqqında müvafiq sərəncamın yerinə yetirilməsindən əvvəl Proqram vasitəsilə İstifadəçinin nəzərinə çatdırılır. İstifadəçi dəyişdirilmiş xidmət haqqı ilə razılaşmadıqda Proqramın istifadəsindən imtina edə bilər. Xidmət haqqı dəyişdirildikdən sonra İstifadəçi tərəfindən Proqramın istifadəsinə davam edilməsi xidmət haqqı ilə razılaşma kimi qəbul olunacaqdır və gələcəkdə xidmət haqqı İstifadəçi tərəfindən mübahisələndirilməyəcəkdir.


6.1. İstifadəçi hazırkı Razılaşmanın şərtlərinə tələb olunan qaydada riayət etməli, Proqramdan hazırkı Razılaşmanın şərtləri çərçivəsində yalnız təklif olunan xidmətlərin icrası üçün istifadə etməli, Proqram çərçivəsində həyata keçirilmiş hər hansı əməliyyat ilə bağlı sualı və ya iddiası olduqda 14 (on dörd) təqvim günü müddətində Şirkətə bildirməlidir (qeyd olunan müddətdən sonra bildirilən sual və iddialara baxılmır).
6.2. Proqram İstifadəçinin şəxsi istifadəsi üçün təqdim olunur və İstifadəçi tərəfindən kommersiya məqsədləri üçün istifadə oluna bilməz. İstifadəçi Proqramdan qanunsuz, fırıldaq, dələduzluq və ya digər bədniyyətli məqsədlərlə istifadə etməməlidir. İstifadəçi Proqram yazılmış Mobil cihazının qorunmasını təmin edir və üçüncü şəxslərin müdaxiləsi ilə bağlı məsələlərə birbaşa cavabdehlik daşıyır. İstifadəçi Proqrama daxil olması üçün istifadə olunan PİN-kodun üçüncü şəxslər tərəfindən aşkar edilməsi şübhəsi yarandıqda dərhal PİN-kodu yenisi ilə əvəz etməlidir.
6.3. İstifadəçi Proqram çərçivəsində Şirkət tərəfindən İstifadəçiyə hər cür SMS bildirişin göndərilməsinə və İstifadəçinin məlumatlarının elektron poçt ünvanına göndərilməsinə öz razılığını bildirir. Şəxsi məlumatların saxlanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aparılır.
6.4. İstifadəçi istədiyi vaxt Proqrama əlavə etdiyi kartların siyahısını dəyişdirmək (əlavə etmək və silmək) və Proqramın istifadə edilməsindən imtina etmək hüququna malikdir.


7.1. Şirkət Proqramı hazırkı Razılaşmada nəzərdə tutulmuş qaydada İstifadəçinin istifadəsinə yüksək keyfiyyət və təhlükəsizlik tələbləri yerinə yetirilməklə təqdim edir, Proqram çərçivəsində İstifadəçiyə birbaşa əməliyyatların aparılmasına imkan yaradır.
7.2. Hazırkı Razılaşma çərçivəsində İstifadəçidən gələn sorğu və şikayətləri hazırkı Razılaşmada müəyyən edildiyi qaydada cavablandırır.
7.3. Proqramda zərurət tələb olunduqda yenilənmələrin həyata keçirilməsini təmin edir. Proqramın yeni versiyaları üzrə texniki dəstəyin həyata keçirilməsini təmin edir.
7.4. Şirkət hazırkı Razılaşmanın şərtlərinin İstifadəçi tərəfindən pozulduğunu aşkar edərsə dərhal İstifadəçiyə Proqram üzrə xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir.
7.5. Aşağıdakı hallar istisna olmaqla, Şirkət hazırkı Razılaşmanın şərtlərinə əsasən Proqram çərçivəsində İstifadəçi tərəfindən sərancam verildiyi əməliyyatın vaxtında və tam həcmdə tamamlanmasını təmin edir:
7.6. İstifadəçinin müvafiq kart hesabında kifayət qədər pul vəsaiti olmadıqda, Təchizatçı İstifadəçinin kartını qəbul etməyi imtina etdikdə, müvafiq əməliyyatı qəbul edən tərəfdə texniki nasazlıqlar baş verdikdə, İstifadəçinin kartı (kar hesabı) bloka salındıqda, mövcud qanunvericiliyə əsasən İstifadəçinin kartı (kart hesabı) üzrə əməliyyatların aparılması qadağan edildikdə, Şirkət əməliyyatın səlahiyyətsiz (icazə verilməmiş) aparılmasını güman etdikdə, fors-major hallarında əməliyyatın tamamlanması mümkün olmadıqda.


8.1. Şirkət hazırkı Razılaşmanın şərtlərinə uyğun olaraq Proqramı təqdim edir və Proqramın İstifadəçinin istək və tələblərinə uyğun olub-olmamasına görə məsuliyyət daşımır.
8.2. Şirkət “Apple” şirkəti tərəfindən dəstəklənməyən “jailbreak” əməliyyatları aparılmış Mobil cihazlara yüklənən Proqrama görə heç bir məsuliyyət daşımır.
8.3. Şirkət İstifadəçinin Mobil cihazının itirilməsi və ya oğurlanmasına, PİN-kodun başqası tərəfindən istifadə edilməsinə görə heç bir məsuliyyət daşımır. İstifadəçinin PİN-kodunun dəyişdirilməsi, itməsi və ya üçüncü şəxs(lər) tərəfindən ələ keçirilməsi ilə bağlı yarana biləcək risk və zərərlərə görə İstifadəçi məsuliyyət daşıyır.
8.4. İstifadəçi tərəfindən əksi sübut olunmadığı təqdirdə, Proqram çərçivəsində bütün əməliyyatlar İstifadəçinin Mobil cihazı vasitəsilə İstifadəçi tərəfindən həyata keçirilmiş hesab edilir. Şirkət İstifadəçinin Mobil cihazı vasitəsilə Proqramdan səlahiyyətsiz (icazə verilməmiş) istifadə nəticəsində yaranmış itkiyə görə heç bir məsuliyyət daşımır.
8.5. İstifadəçi Proqramın istifadəsi nəticəsində yaranmış hər hansı bir itkilərin və ya digər mənfi nəticələrin risklərini və məsuliyyətini müstəqil şəkildə daşıyır. Şirkət, İstifadəçiyə dəymiş istənilən zərərə/itkilərə görə, o cümlədən İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya hazırkı Razılaşmaya edilmiş dəyişikliklər və ya əlavələrlə tanış olmaması və ya vaxtında tanış olmamasına görə məsuliyyət daşımır. Proqram çərçivəsində aparılan bütün səlahiyyətli (icazə verilmiş) və ya səlahiyyətsiz əməliyyatlara və bununla əlaqədar tətbiq olunan ödənişlərə görə İstifadəçi cavabdehdir.
8.6. Şirkət Proqram çərçivəsində aparılmış əməliyyatların məxfiliyini təmin edir, bu əməliyyatlar barədə məlumatları kartın məxsus olduğu banka və qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət orqanlarına və digər səlahiyyətli şəxslərə verə bilər.
8.7. Şirkət İstifadəçi ilə Təchizatçılar arasında yaranmış mübahisələr və fikir ayrılıqlarına görə məsuliyyət daşımır.
8.8. Tərəflər hazırkı Razılaşmanın öhdəliklərinin yerinə yetiriliməməsinə və ya düzgün yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.


9.1. Hazırkı Razılaşmadakı öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq Tərəflər arasında mübahisələr yaranarsa, belə hallar hazırkı Razılaşmanın şərtlərinə əsasən danışıqlar yolu ilə həll ediləcəkdir. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, mübahisələrə qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmələr vasitəsi ilə baxılacaqdır.
9.2. İstifadəçinin hazırkı Razılaşma çərçivəsində nəzərdə tutulmuş halları əhatə edən iddiaları aşağıda qeyd olunan məlumatlar əks olunmaqla elektron formada göndərildiyi halda Şirkət tərəfindən cavablandırılır:
9.2.1. haqqında iddia bildirilən vəziyyətin yarandığı tarix və gün,
9.2.2. iddia bildirilən vəziyyətin baş verdiyi şərait,
9.2.3. İstifadəçinin tələblərinin məzmunu, həmçinin İstifadəçi ilə əlaqə yaratmaq üçün mobil telefon nömrəsi və elektron poçt ünvanı.
9.3. Şirkət İstifadəçinin iddialarına onların alındığı gündən 10 (on) iş günü ərzində baxacaq və əsaslandırılmış cavabı İstifadəçinin iddiasında göstərilmiş rekvizitlərə göndərəcəkdir.
9.4. Hazırkı Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunacaqdır.


10.1. Əgər hazırkı Razılaşma İstifadəçi tərəfindən qəbul edildikdən sonra hansısa qarşısıalınmaz qüvvələrin təsiri nəticəsində fövqəladə hallar (fors-major halları) baş verərsə və Tərəflər əvvəlcədən bunu nə görə nə də əsaslı tədbirlər hesabına qarşısını ala bilməzsə bu zaman Tərəflər hazırkı Razılaşmanın öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri-qənaətbəxş yerinə yetirilməsinə görə məsuliyyətdən azad olunurlar. Belə fövqəladə hallara təbii fəlakətlər, daşqınlar, zəlzələ, epidemiya, yanğın hadisələri, kütləvi iğtişaşlar, tətillər, inqilab, hərbi müdaxilələr, bir başa və ya dolayı yolla hazırkı Razılaşmada göstərilənləri qadağan edən qanunvericilik aktlarının, dövlət qaydalarının, hökumət orqanları sərəncamlarının qüvvəyə minməsi, eləcə də Tərəflərin nəzarətində olmayan və öhdəliklərin yerinə yetirilməsinə maneçilik törədən bütün başqa hallar daxildir. Fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hallar (qarşısıalınmaz qüvvə) nəticəsində öhdəliklərin icrası mümkün olmadıqda öhdəliklərə xitam verilir. Fors-major halların baş verməsi Tərəfləri, bu hallar baş verməmişdən əvvəl hazırkı Razılaşma üzrə yerinə yetirilməli olduqları öhdəliklərin icrasından azad etmir.
10.2. Proqram, həmçinin Proqram çərçivəsində istifadə olunan bütün “brend”lər, “loqo”lar və “ad”lar, onların mənsub olduğu sahiblərinə aid müvafiq ticarət nişanlarıdır. Müəllif hüquqları daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq Proqram, həmçinin Proqram çərçivəsindəki bütün digər hüquqlar Şirkətə və ya Şirkət ilə müvafiq müqavilələr bağlamış üçüncü tərəflərə məxsusdur.
10.3. İstifadəçi Proqram çərçivəsində istifadə olunan “brend”lərdən, “loqo”lardan və “ad”lardan Şirkətin razılığı olmadan istifadə edə bilməz. Hazırkı Razılaşma çərçivəsində istifadə olunan bütün müəllif və digər hüquqlar Azərbaycan Respublikasının mövcud qanunları ilə tənzimlənir. İstifadəçi hazırkı Razılaşmanın çərçivəsində əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin («Patent haqqında», «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında», «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında», digər qanunların və əlaqədar normativ hüquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Şirkəti qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.
10.4. Şirkət əvəzsiz olaraq İstifadəçiyə “qaynar xətt” xidməti təqdim edir. İstənilən mobil və ya şəhər telefonundan istifadə etməklə “qaynar xətt” xidmətinə (*8893) zəng vurmaq mümkündür. İstifadəçi “qaynar xətt” xidmətinə zəng vurmaqla qeydiyyat zamanı daxil etdiyi məxfi sözü bildirdikdən sonra Proqram, həmçinin Proqram çərçivəsində həyata keçirdiyi əməliyyatlar barədə məlumat əldə edə bilər.
10.5. İstifadəçinin təqdim etdiyi elektron ünvandan və mobil telefon nömrəsindən daxil olan bütün məlumatlar etibarlı hesab olunacaqdır və gələcəkdə bu məlumatların etibarsızlığı ilə bağlı ortaya çıxan risk və zərərə görə Şirkət hər-hansı məsuliyyət daşımır.
10.6. İstifadəçi Proqramın tərkibi və funksionallığı ilə bağlı müraciətlərini, təkliflərini və şikayətlərini Şirkətin bu elektron poçt ünvanına göndərə bilər: [email protected]