CİB
ASAN RAHAT TƏHLÜKƏSİZ
“CİB” ödəmə sisteminin mobil proqramının istifadəyə dair.

İSTİFADƏÇİ RAZILAŞMASI



“FinDynamix” MMC (bundan sonra – “Şirkət”) onun məhsulu – onlayn və oflayn ödəniş sistemi olan “CİB” (bundan sonra – CİB) mobil tətbiqi və onun tərkibində mövcud olan CİBim (bundan sonra – CİBim) adlı Elektron Cüzdan (Pul Qabı) xidmətlərindən istifadə edənlər (daha sonra- İstifadəçi) üçün müəyyən edilmiş İstifadə qaydaları (daha sonra “Qaydalar”) çərçivəsində CİB və CİBim-dən istifadəni təmin edir. Şirkət və İstifadəçi birlikdə Tərəflər, ayrı-ayrılıqda Tərəf adlanır.

Bu Qaydalar vaxtaşırı düzəliş edilən və dəyişdirilə bilən qaydalar toplusundan ibarət olaraq İstifadəçi tərəfindən müvafiq qeydiyyat zamanı hər dəfə xidmətlərdən istifadə edilməsi ilə təsdiq edilir. CİBim xidmətləri CİB mobil tətbiqi vasitəsilə həyata keçirilir. CİBim xidmətlərindən istifadə edilməsi İstifadəçinin bu Qaydalarla razılaşması deməkdir və bu Qaydalarla razılaşmadıqda, İstifadəçi Xidmətlərdən istifadə etməkdən çəkinməlidir.


“Şirkət” – Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan, Proqramın inkişafı, təşviqi, marketinq və biznes fəaliyyətini təmin edən, həmçinin Proqramı İstifadəçilərin istifadəsinə təqdim edən “FinDynamix” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Mobil proqram” – İstifadəçi tərəfindən İstifadəçinin mobil cihazına yüklənən, İstifadəçinin sifarişinə əsasən ödəniş kartlarından mobil cihaz vasitəsilə nağdsız qaydada əməliyyatların icrasını təmin edən “CİB” ödəmə sisteminin mobil tətbiqidir.

“İstifadəçi Razılaşması” – Proqramdan istifadə edilməsinə dair qaydaları və şərtləri müəyyən edən və Tərəflər arasında münasibətləri tənzimləyən hazırkı Razılaşmadır.

“İstifadəçi” – Mobil proqramdan istifadə etmək məqsədilə bu Razılaşmada müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş və bu Razılaşmanın şərtlərini qəbul etmiş fiziki şəxsdir.

“Mobil cihaz” – İstifadəçi tərəfindən istifadə olunan, iOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.

“Tərəflər” – hazırkı Razılaşmada əks olunan Şirkət və İstifadəçi nəzərdə tutulur.

“Kart” – hazırkı Razılaşma çərçivəsində İstifadəçi tərəfindən nağdsız əməliyyatların icrasını təmin etmək məqsədilə ödəmə sisteminin mobil proqramına əlavə edilən, Şirkətin şəbəkəsində xidmət olunan Azərbaycan Respublikasında fəaliyyət göstərən bank tərəfindən emissiya edilmiş lokal, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən, “MasterCard Int.” və/və ya “VISA Int.” beynəlxalq ödəmə sistemlərinin loqolarını daşıyan ödəniş kartıdır.

“Təchizatçı” – mobil proqram vasitəsilə iş, mal və xidmətləri təklif edən (satan) təsərrüfat subyektidir (kommunal xidmət müəssisələri, mobil operatorlar, dövlət strukturları, internet provayderlər və sair).

“Açıq bankçılıq” – Şirkət tərəfindən istifadəçidən razılıq və onun müştərisi olduğu bankdan icazə alınaraq istifadəçinin öz bank məlumatlarına Proqram vasitəsilə daxil olması.

“Elektron cüzdan” (Pul Qabı) – İstifadəçiyə pulları elektron formatda daxil etməyə, köçürməyə, ödənişlər etməyə və çıxarmağa (nağdlaşdırmağa) imkan verən, İstifadəçinin CİBdə yaratdığı virtual hesabı;

“Elektron cüzdan xidmətləri” – CİB sistemində İstifadəçilərə Elektron Cüzdan (Pul Qabı) vasitəsilə Şirkət tərəfindən təqdim edilən mobil maliyyə xidmətləri;

“Elektron pul” – CİB sistemində texniki olaraq saxlanılan və ödənişlərin həyata keçirilməsi üçün geniş surətdə istifadə edilə biləcək pul dəyərinin elektron ekvivalenti;

“Xidmət haqqı” – Xidmətlərin göstərilməsi müqabilində Şirkət tərəfindən İstifadəçidən tutulan haqq;

“Cüzdan İD nömrəsi” – Elektron cüzdanda qeydiyyat zamanı hər bir İstifadəçiyə verilən unikal kod;

“Əməliyyat” – İstifadəçinin sərəncamına əsasən həyata keçirilən, Elektron pul vəsaitlərinin İstifadəçinin Elektron cüzdanından/cüzdanına daxil edilməsinə, ödəniş sonrası silinməsinə, digər cüzdana köçürülməsinə və pulun çıxarılmasına yönəlmiş hərəkətlər;

“Vəsaiti alan” – Xeyrinə Köçürmənin həyata keçirildiyi fiziki və hüquqi şəxslər;

“Ödəyici” – Vəsaiti alanın xeyrinə köçürməni həyata keçirən şəxs;

“Köçürmə” – Şirkət tərəfindən vəsaiti alanın ünvanına bank hesabından, Elektron cüzdandan və kartdan ödəyicinin sərəncamına əsasən həyata keçirilən pul vəsaitlərinin nağdsız köçürülməsi;

“İş günü” – Şənbə, Bazar və Azərbaycan Respublikasında tətbiq olunan hər hansı qeyri-iş günü istisna olmaqla hər hansı təqvim günü;

“Bank günü” – İş günləri çərçivəsində Bankların əməliyyat fəaliyyəti göstərdikləri gün;

“Üçüncü Tərəf” – İstifadəçidən və Şirkətdən başqa hər hansı digər Tərəf.


2.1. Hazırkı İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma” adlandırılacaq) Şirkət ilə İstifadəçi arasında “CİB” ödəmə sisteminin mobil proqramın istifadə edilməsinə dair münasibətləri tənzimləyir.
2.2. İstifadəçi hazırkı Razılaşma ilə tanış olaraq onun bütün şərtlərini qəbul etdiyini, həmin şərtlərə vaxtında və dəqiq əməl edəcəyini bəyan edir.
2.3. İstifadəçi hazırkı Razılaşmanın şərtlərinin qəbul edilməsi ilə bağlı ona qarşı hər-hansı qanuni məhdudiyyətin olmadığını, hazırkı Razılaşmanın şərtlərini öz azad və sərbəst iradə ifadəsi ilə hər-hansı təzyiq olmadan qəbul etdiyini bəyan edir.
2.4. İstifadəçi hazırkı Razılaşmanı qəbul etməklə, öz şəxsi məlumatlarının Şirkət tərəfindən emalına və reklam məqsədi ilə istifadə olunmasına icazə vermiş olur.
2.5. İstifadəçi, elektron qaydada bağlanılan hazırkı Razılaşma və ya istənilən digər sənədlərin mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” qüvvəsində hesab olunduğunu qəbul edir və gələcəkdə hazırkı Razılaşmanın və ya istənilən digər sənədlərin etibarsızlığını iddia etməyəcəyini bəyan edir.
2.6. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul etdikdən və qeydiyyat prosedurunu yerinə yetirdikdən sonra Proqramdan istifadə etmə hüququnu əldə edir. Şirkət istənilən vaxt hazırkı Razılaşmaya dəyişikliklər və/və ya əlavələr edə bilər. Bu halda, dəyişdirilmiş İstifadəçi Razılaşması Mobil cihazda yerləşdirilir və proqramdan növbəti istifadədən öncə İstifadəçiyə İstifadəçi Razılaşmasının yeni şərtləri barədə xəbər verilir və yeni şərtlərin qəbul edilməsi xahiş olunur. İstifadəçi Razılaşmanın şərtləri ilə razı olmadıqda Proqramın istifadəsindən imtina edə bilər.
2.7. Hazırkı Razılaşmaya dəyişikliklər və/və ya əlavələr edildikdən sonra İstifadəçi ödəmə sisteminin istifadəsinə davam edərsə, edilmiş dəyişikliklər və/və ya əlavələr qəbul edilmiş hesab olunur.


3.1. Şirkət Proqramda qeydiyyat prosedurunu keçmiş, Istifadəçi Razılaşmasını qəbul etmiş və Proqramdan onun funksional təyinatı üzrə istifadə edən istənilən şəxsi İstifadəçi kimi tanıyır.
3.2. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul etmək üçün tələb olunan qeydiyyat məlumatlarını Mobil cihazda açılmış pəncərəyə daxil edir.
3.3. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini qəbul edərək qeydiyyat zamanı daxil etdiyi məlumatların düzgünlüyünü təsdiq edir və həmin məlumatların düzgünlüyü, dolğunluğu və etibarlılığı üçün bütün məsuliyyəti öz üzərinə götürür. İstifadəçi təqdim olunan məlumatlarında hər-hansı səhv və ya qeyri dəqiqlik nəticəsində yaranan bütün risklərin və zərərlərin aradan qaldırılmasını öhdəsinə götürür və bu cür risk və zərərlə bağlı Şirkətə qarşı hər-hansı iddiasının olmayacağını bəyan edir.
3.4. Proqramın istifadəsinə başlamazdan əvvəl İstifadəçi qeydiyyat prosedurunu keçməklə onun aktivləşdirilməsini həyata keçirir.
3.5. İstifadəçinin qeydiyyatı aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
3.5.1. Proqram İstifadəçi tərəfindən Mobil cihaza yüklənilir;
3.5.2. Proqram İstifadəçi tərəfindən Mobil cihazda işə salınır;
3.5.3. Açılmış pəncərəyə İstifadəçi tərəfindən İstifadəçinin mobil telefon nömrəsi daxil edilir;
3.5.4. Daxil edilən mobil telefon nömrəsinə SMS bildiriş vasitəsilə aktivasiya kodu göndərilir;
3.5.5. Aktivasiya kodu İstifadəçi tərəfindən müvafiq sahəyə daxil edilir;
3.5.6. Daxil edilən kod düzgün olduqda Proqram aktiv olunur və Qeydiyyat prosesinə keçid baş tutur;
3.5.7. Qeydiyyat prosesi zamanı İstifadəçi tərəfindən İstifadəçinin adı, elektron poçt ünvanı, şifrə və dörd rəqəmli PİN-kod daxil edilir;
3.5.8. İstifadəçi tərəfindən qeyd olunan məlumatlar, düzgün şəkildə daxil edildikdən və hazırkı Razılaşmanın şərtləri qəbul edildikdən sonra qeydiyyat başa çatmış hesab olunur;
3.5.9. Uğurlu qeydiyyatın nəticəsi olaraq İstifadəçiyə qeydiyyat nömrəsi təyin olunur;
3.5.10. PİN-kod İstifadəçi tərəfindən Proqrama daxil olmaq üçün istifadə olunur;
3.5.11. PİN-kodun 3 (üç) dəfə səhv daxil edilməsi Proqramın müvəqqəti dondurulmasına gətirib çıxarır. Bu halda İstifadəçi qaynar xəttə müraciət edərək qeydiyyat zamanı daxil etdiyi şifrəni bildirir və PİN-kodun yenidən daxil edilməsi üçün imkan yaradılması və ya yenisi ilə əvəz olunması istəyini bildirir;
3.5.12. PİN-kodun yenisi ilə əvəz olunması üçün istifadəçi ayarlara daxil olaraq bunu edə bilər;
3.5.13. İstifadəçi PİN-kodun məxfiliyini təmin edir, onu heç bir halda başqasına açıqlamır və ya vermir. Bu məxfiliyin qəsdən, səhlənkarlıq və ya hər-hansı digər səbəb nəticəsində pozulması ilə bağlı bütün risklər İstifadəçiyə aiddir və gələcəkdə Şirkətə qarşı bu öhdəliyin pozulması ilə bağlı hər hansı iddia irəli sürülə bilməz;
3.5.14. İstifadəçinin Mobil cihazı itirildikdə, oğurlandıqda İstifadəçi Mobil cihazını dəyişdirməyə qərar verdikdə, yaxud İstifadəçi mobil telefon nömrəsini dəyişdikdə Proqramın yenidən yazılması və qeydiyyata alınması tələb oluna bilər;
3.5.15. Qeydiyyat zamanı göstərilən məlumatlarda dəyişiklik baş verdiyi halda, İstifadəçi qeydiyyat məlumatlarına Proqram vasitəsi ilə müvafiq dəyişikliklər edə bilər.


4.1. İstifadəçinin Proqrama əlavə etdiyi bank kartı Şirkətin açıq bankçılıq üzrə müqavilə imzaladığı banka məxsus olduğu halda, istifadəçi kart hesab məlumatlarının Programda görünməsinə və Şirkət tərəfdən emal olunmasına icazə verir və etiraz etmir;


5.1. Proqram iOS və Android platformalarını dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər. Proqrama çıxış istənilən mobil operatorların abonenti olan Istifadəçilərə verilir. Şirkət İstifadəçilərə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini göstərmir. Belə xidmətlərdən istifadə olunması və onların ödənişini İstifadəçi, İstifadəçiyə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini göstərən internet operatorunun müəyyən etdiyi qaydada və şərtlər əsasında həyata keçirir.
5.2. Proqram çərçivəsində Şirkət, İstifadəçiyə özünün identifikasiya məlumatlarını saxlamaq, Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən bank tərəfindən istənilən sayda emissiya edilən “MasterCard Worldwide” və/və ya “VISA Inc.” beynəlxalq ödəniş sistemlərinin kartlarını və lokal kartları Proqrama əlavə etmək, Təchizatçıların xeyrinə ödənişləri həyata keçirmək, özünə məxsus kart hesabları arasında və digər şəxslərin kart hesablarına pul vəsaitlərini köçürmək, Proqramda aparılmış əməliyyatların tarixçəsi barədə müxtəlif meyarlara əsasən çıxarış əldə etmək, əməliyyatlar üzrə şablonlar yaratmaq, geolokasiya xidmətlərindən istifadə etmək, həmçinin digər xidmətlərdən faydalanmaq imkanlarını yaradır.
5.3. Kartlarla nağdsız əməliyyatların aparılması üçün İstifadəçi kartının nömrəsini, istifadə müddətini və CVV2 kodunu açılmış müvafiq pəncərədə Proqrama daxil edir. İstifadəçi istənilən sayda kartını Proqrama əlavə edə bilər.
İstifadəçi qəbul və təsdiq edir ki, kartın məlumatlarını Proqrama daxil etməklə kartı emissiya edən banka hesabla əlaqədar məlumatların ötürülməsinə dair tapşırıq vermiş olur və məlumatların bu cür ötürülməsinə görə emitent bank məsuliyyət daşımır.
5.4. Proqrama əlavə edilmiş kartın mövcudluğunu və İstifadəçiyə məxsus olduğunu yoxlamaq məqsədilə açılmış pəncərədə daxil edilən məlumatlara (kartın nömrəsi, istifadə müddəti və CVV2 kodu) əsasən 3D Secure yoxlaması həyata keçirilir. Kart 3D Secure xidmətinə qoşulmayıbsa əlavə edilən kart üzrə 0.5 (beş qəpik) manat (bu vəsait kartdan silinir və sonradan geri qaytarılır) məbləğində ödəniş əməliyyatı həyata keçirilir. Həyata keçirilən əməliyyat üzrə dörd rəqəmli nömrə yaradılır və İstifadəçi müvafiq kartı üzrə əldə etdiyi həmin nömrəni kartı əlavə etmək üçün istifadə edir. İstifadəçi müvafiq əməliyyat üzrə ona daxil olmuş SMS bildiriş və ya kartı emissiya edən banka və ya onun prosessinq mərkəzinə müraciət etməklə əldə edə bilər.
5.5. Proqram çərçivəsində Şirkət tərəfindən təklif olunan xidmətlərin və əməliyyatların dəqiq siyahısı Şirkət tərəfindən müstəqil şəkildə müəyyən olunur.
5.6. Şirkət Proqram vasitəsi ilə İstifadəçiyə müxtəlif xidmətlər üzrə ödənişləri həyata keçirmək imkanlarını yaradır. Bunun üçün, İstifadəçi Proqramda kartdan (kart hesabından) pul vəsaitinin təyinatı üzrə köçürülməsi və ya silinməsi barədə sərəncam verir. Sərəncamda qeyd olunan pul vəsaiti İstifadəçinin Proqrama əlavə etdiyi müvafiq kartından (kart hesabından) təyinatı üzrə silinir (köçürülür). Ödənişlərin həyata keçirilməsi və pul vəsaitlərinin silinməsi (köçürülməsi), həmçinin xidmət haqlarının tutulması üçün müvafiq kartda (kart hesabında) kifayət qədər vəsait olmadıqda, bu cür əməliyyatlar həyata keçirilmir.
5.7. İstifadəçi kartından (kart hesabından) pul vəsaitinin silinməsi (köçürülməsi) ilə bağlı sərəncamının hüquqi qüvvəyə malik olduğunu, gələcəkdə həmin sərəncamın etibarsızlığını iddia etməyəcəyini bəyan edir.
5.8. İstifadəçinin sərəncamının təyinatı və ya əməliyyatın məbləği üzrə daxil etdiyi səhv məlumatlara görə Şirkət heç bir məsuliyyət daşımır. Bu halların qəsdən, səhlənkarlıq və ya hər-hansı digər səbəblər nəticəsində baş verməsi ilə bağlı ortaya çıxan bütün risklər və zərərlər İstifadəçiyə aiddir və gələcəkdə Şirkətə qarşı bu halların baş verməsi ilə bağlı hər hansı iddia irəli sürülə bilməz. Kart (kart hesabı) ilə bağlı bütün münasibətlər İstifadəçi və kart verən (emissiya edən) təşkilatlar (banklar) arasında tənzimlənir.
5.9. İstifadəçi CIB tətbiqində qeydiyyatdan keçdikdə onun üçün CİB sistemində avtomatik olaraq CİBim cüzdan hesabı açılır.


6.1. Xidmət və funksiyalar
Şirkət aşağıdakılar ilə məhdudlaşdırılmayan, dəyişdirilə bilən xidmət və funksiyaları təqdim edir:
▪ Balansın artırılması;
▪ Ödənişlər;
▪ Pul köçürmələri;
▪ Nağdlaşdırma;
▪ Balansa nəzarət (hesab qalığı, hesabdan çıxarış və s.);
▪ Bonusların toplanılması və hədiyyələrə dəyişdirilməsi
▪ Statistik məlumatlar və sair.

CİBim Cüzdan Balansının artırılması
▪ İstifadəçi tətbiqdə “Balansın artırılması” düyməsini klikləyir.
▪ CİBim-in balansını artırmaq 2 üsulla mümkündür: partnyorlar vasitəsi ilə nağd və nağdsız. Balansı nağd artırmaq üçün CİBin partnyor şəbəkələrinin şöbələrindən, köşklərdən və bankomatlardan, nağdsız artırmaq üçün isə bank kartından istifadə oluna bilər.

Ödənişlər
▪ İstifadəçi mobil tətbiqin daxilində ödəniş edərkən ödəniş mənbəyi olaraq CIBim cüzdanı və ya tətbiqə əlavə etdiyi kartı seçir və ödəmək istədiyi məbləği qeyd edir.
▪ Ödəniş məlumatları düzgündürsə və cüzdan balansında və ya kart balansında kifayət qədər məbləğ varsa ödəniş uğurla yerinə yetirilir.

Pul köçürmələri
İstifadəçi mobil tətbiqin daxilində istənilən karta və ya digər CİB İstifadəçisinin cüzdanına köçürmə edə bilər. Pul köçürmələri dörd yolla mümkündür:
1. Cüzdan hesabından bank kartına;
2. Cüzdandan digər cüzdana
3. Bank kartından digər bank kartına
4. Bank kartından cüzdana
Pul köçürmə etmək üçün İstifadəçi müvafiq seçimi edir, ödəniş ediləcək kartı və ya cüzdanı seçir və məbləği daxil edir. Məlumatlar doğrudursa və balansda kifayət qədər məbləğ varsa, köçürmə uğurla həyata keçir. Nağdlaşdırma
CİBim-in balansında olan vəsaiti nağdlaşdırmağın üç üsulu vardır:
1. Partnyor şəbəkələrin şöbələri və ATM-ləri vasitəsilə;
2. Ölkədaxili istənilən bank kartına göndərərək;
3. Şirkətin ofisində nağd alaraq.

Balansa nəzarət (Çıxarış)
CIBim elektron cüzdanı üzrə istifadəçi hesabata (çıxarış) baxış edə bilər. Bunun üçün İstifadəçi:
CİB mobil tətbiqinə daxil olur;
▪ CİBin daxilində olan Çıxarış hissəsini seçir
▪ Burada seçilmiş dövrün əvvəlinə olan qalıq, dövr ərzində olan mədaxil və məxaric və dövrün sonuna olan qalıq göstərilir. İstifadəçi balans çıxarışını elektron ünvanına göndərə bilər.

Statistika
stifadəçi Statistika bölməsinə daxil olaraq Kart və ya Cüzdan üzrə əməliyyatların statistikası ilə tanış ola bilər. Bunun üçün bölmədəki “Filtr” düyməsinə basır və həmin bölmədən CİBim cüzdanını və ya əlavə etdiyi kartı seçərək seçilmiş dövr və kateqoriyalar üzrə edilən əməliyyatların statistikasına görə bilir.

6.2. Standart Təsdiq
İstifadəçi bu Qaydaları təsdiq etməklə qəbul edir ki, Şirkət İstifadəçi ilə əvvəlcədən razılaşdırmadan istənilən Xidmətə əlavə və dəyişikliklər, eyni zamanda Xidməti ləğv etmək hüququnu özündə saxlayır və bu hallarda İstifadə Qaydaları əlavə olunmuş və ya dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək. İstifadəçi həmin Xidmətlərdən istifadə etməklə onlarla razı olduğunu təsdiq etmiş olur. Şirkətin artıq baş vermiş və ya baş verəcək əlavələr və dəyişikliklər barəsində İstifadəçiyə hər hansı bildiriş verməsi onun hüququdur.


7.1 İstifadəçi CİB tətbiqində qeydiyyatdan keçdiyi zaman CİBim cüzdanın məhdud sayda imkanlarından istifadə edə bilir.

7.2 CİB-də qeydiyyatdan keçən istifadəçinin cüzdanı üçün:
▪ birdəfəlik balans limiti 100 AZN (və ya onun ekvivalentində xarici valyuta) təyin edilir;
▪ CİBim üzrə təqvim ilində dövriyyə (mədaxil və məxaric) 1000 AZN (və ya onun ekvivalentində xarici valyuta) həddində müəyyən olunur;
▪ CİBimdən istifadə müddəti 5 ildən artıq ola bilməz.

7.3 Eyniləşdirilmədən keçməmiş cüzdan istifadəçiləri aşağıdakı əməliyyatları həyata keçirə bilməzlər:
▪ Cüzdandan digər cüzdana pul köçürmələri;
▪ Cüzdandan karta pul köçürmələri;
▪ Xaricdə yerləşən servis provayderlərə köçürmələr;
▪ Valyuta ilə əməliyyatlar (mübadilə).

Eyniləşdirmə:
7.4 İkinci səviyyə müştəri eyniləşdirilməsindən keçmək üçün İstifadəçi iki üsuldan istifadə edə bilər:
7.4.1 ASAN Login vasitəsilə və tətbiq daxilində olan digər eyniləşdirmə üsulları ilə.
7.5 Eyniləşdirmə prosesindən sonra, istifadəçinin sistem daxili dövriyyə limiti təqvim ili üzrə 15,000 AZN (və ya onun ekvivalentində xarici valyuta) müəyyən edilir. Birdəfəlik ümumi balans limiti 1,000 AZN müəyyən edilir.
7.6 İstifadəçi şəxsən öz adından və ya üçüncü şəxslər adından ödənişlər həyata keçirə bilər. Üçüncü şəxslər adından hər hansı ödənişi həyata keçirən İstifadəçi həmin şəxslərlə arasında yaranacaq hər hansı anlaşılmazlığı müstəqil şəkildə öz məsuliyyəti çərçivəsində həll edəcək;
7.7 İstifadəçi qəbul edir ki, o, özünə və digər şəxslərə məxsus kartlarla cüzdan balansını artıra bilər.
7.8 Ödənişlər zaman Şirkət yalnız öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində cavabdehlik daşıyır və İstifadəçi ilə hər hansı Üçüncü Tərəf (Alan tərəf) arasında yaranan istənilən mübahisələrə görə məsuliyyət daşımır;
7.9 İstifadəçinin və ya hər hansı ödənişin benefisiarının saxtakarlığa, qeyri-qanuni və ya yanlış hərəkətə yol verildiyi və ya hər hansı yanlışlıq və ya səhvlik meydana çıxarsa, Şirkət bildiriş təqdim etmədən İstifadəçinin verdiyi və vermək niyyətində olduğu sərəncamı qəbul etməyə bilər və ya onun icrasından imtina edə bilər;
7.10 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyə uyğun olaraq, əvvəlcədən CİBim vasitəsilə müvafiq meyarlara əsasən şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumatlar Şirkət tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir.


8.1. Şirkətin hüquq və öhdəlikləri:
8.1.1. Şirkət Proqramı hazırkı Razılaşmada nəzərdə tutulmuş qaydada İstifadəçinin istifadəsinə yüksək keyfiyyət və təhlükəsizlik tələbləri yerinə yetirilməklə təqdim edir, Proqram çərçivəsində İstifadəçiyə birbaşa əməliyyatların aparılmasına imkan yaradır.
8.1.2. Hazırkı Razılaşma çərçivəsində İstifadəçidən gələn sorğu və şikayətləri hazırkı Razılaşmada müəyyən edildiyi qaydada cavablandırır.
8.1.3. Proqramda zərurət tələb olunduqda yenilənmələrin həyata keçirilməsini təmin edir. Proqramın yeni versiyaları üzrə texniki dəstəyin həyata keçirilməsini təmin edir.
8.1.4. Şirkət hazırkı Razılaşmanın şərtlərinin İstifadəçi tərəfindən pozulduğunu aşkar edərsə dərhal İstifadəçiyə Proqram üzrə xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir.
8.1.5. Aşağıdakı hallar istisna olmaqla, Şirkət hazırkı Razılaşmanın şərtlərinə əsasən Proqram çərçivəsində İstifadəçi tərəfindən sərancam verildiyi əməliyyatın vaxtında və tam həcmdə tamamlanmasını təmin edir:
▪ İstifadəçinin müvafiq kart hesabında kifayət qədər pul vəsaiti olmadıqda, Təchizatçı İstifadəçinin kartını qəbul etməyi imtina etdikdə, müvafiq əməliyyatı qəbul edən tərəfdə texniki nasazlıqlar baş verdikdə, İstifadəçinin kartı (kart hesabı) bloka salındıqda, mövcud qanunvericiliyə əsasən İstifadəçinin kartı (kart hesabı) üzrə əməliyyatların aparılması qadağan edildikdə, Şirkət əməliyyatın səlahiyyətsiz (icazə verilməmiş) aparılmasını güman etdikdə, fors-major hallarında əməliyyatın tamamlanması mümkün olmadıqda.
▪ Şirkət, daxil olan sorğulara əsasən zərurət yarandıqda İstifadəçinin şəxsi və Cüzdan üzərindən aparılan əməliyyatlar barədə məlumatları Banka və hüquq-mühafizə orqanlarına ötürməyi öhdəsinə götürür;
▪ İstifadəçini qeydiyyat prosedurundan keçmədiyi və ya müvafiq qaydada keçmədiyi təqdirdə qeydiyyata almaqdan imtina etmək;
8.1.6. Aşağıdakı hallarda əməliyyatların həyata keçirilməsindən imtina etmək:
▪ yalnız eyniləşdirilmiş İstifadəçi üçün nəzərdə tutulmuş Əməliyyatların eyniləşdirilməmiş İstifadəçi üçün icrası;
▪ Balansda pul qalığının əməliyyatın aparılması və Şirkətin Tariflərlə nəzərdə tutulan xidmət haqqının ödənilməsi üçün kifayət qədər vəsait olmadığı təqdirdə;
▪ ödəniş və / və ya digər rekvizitlərin istifadəçi tərəfindən səhv göstərilməsi zamanı;
▪ əməliyyatın həyata keçirilməsi üçün Şirkətə lazım olan sənəd dəstinin (rekvizitlərin) İstifadəçi tərəfindən təqdim edilmədiyi və ya yarımçıq təqdim edildiyi təqdirdə;
▪ cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliklə nəzərdə tutulan məlumatların qeydə alınması üçün lazım olan sənədlər dəstinin (rekvizitlərin) İstifadəçi tərəfindən təqdim edilmədiyi və ya yarımçıq təqdim edildiyi təqdirdə;
▪ əməliyyatın Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalar ilə ziddiyyət təşkil etdiyi təqdirdə;
▪ hazırkı Qaydalar, Şirkətin daxili sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
8.1.7. Bu Qaydalar və / və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda, eləcə də Şirkətin mülahizəsinə görə CİB və CİBim cüzdanda həyata keçirilən bütün əməliyyatların və ya onların bir hissəsinin bloklanması zərurəti yarandığı təqdirdə, CİBim və ya istifadəçinin CİB hesabı şirkət tərəfindən bloklana bilər. CİBim və CİB hesabinın bloklanması onun bloklanmasının səbəbləri aradan qaldırılana qədər davam edir.
8.1.8. Pul vəsaitləri ilə əməliyyatlar haqqında, eləcə də CİBim-də pul vəsaitlərinin yaranması mənbəyini, əməliyyatların həyata keçirilməsinin əsasını təsdiq edən əlavə məlumatları və sənədləri, həmçinin mənfəət əldə edəni (benefisiarı) müəyyən etməyə imkan verən məlumatlar və sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq İstifadəçidən tələb etmək;
8.1.9. Şirkətin məlumatlar bazasında nasazlıq yarandığı təqdirdə əməliyyatlar üzrə qeydlərə düzəlişləri daxil etmək, eləcə də İstifadəçi tərəfindən həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların bərpa edilməsi üçün bütün zəruri hərəkətləri etmək;
8.1.10. CİBdən istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün birtərəfli qaydada məhdudiyyətləri (limitləri) müəyyən etmək və dəyişdirmək (artırmaq, azaltmaq). Bu cür dəyişikliklər haqqında məlumatlar CIBin veb səhifəsində və ya Mobil tətbiqində yerləşdirilir. Dəyişikliklər yerləşdirildiyi andan etibarən qüvvəyə minir;
8.1.11. Bu Qaydalar çərçivəsində Tərəflərin qarşılıqlı fəaliyyəti zamanı istifadə edilən interfeyslərin və proqram təminatının modifikasiyasını həyata keçirmək;
8.1.12. Əhəmiyyətli nasazlıqların, səhvlərin, qüsurların aşkar edilməsi zamanı, eləcə də profilaktik tədbirlərin görülməsi və icazə verilməmiş giriş hallarının qarşısının alınması məqsədi ilə bu Qaydalar çərçivəsində Tərəflərin qarşılıqlı texniki fəaliyyətini təmin edən proqram və / və ya aparat vasitələrinin işini dayandırmaq;
8.1.13. CİBə icazə verilmiş avtomatik girişi istənilən an qadağan etmək, eləcə də avtomatik şəkildə formalaşdırılmış istənilən məlumatların qəbulunu dayandırmaq;
8.1.14. Cüzdanı istifadə edən və həddi-buluğa çatmamış İstifadəçidən – fiziki şəxsdən Şirkət tərəfindən təqdim edilmiş cüzdandan istifadə edilməsi və vəsaitlərin İstifadəçi tərəfindən köçürülməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş forma üzrə özünün qanuni təmsilçisinin yazılı razılığının təqdim edilməsini tələb etmək. Bu cür yazılı razılıq İstifadəçinin qanuni təmsilçisi tərəfindən şəxsiyyət vəsiqəsinin və həmin İstifadəçiyə münasibətdə qanuni təmsilçi statusunu təsdiq edən sənədin əslinin təqdim edilməsi ilə Şirkətin ofisində şəxsən təqdim edilməlidir;
8.1.15. Bu Qaydaların şərtlərinin yerinə yetirilməsi və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, eləcə də CİBə giriş üçün İstifadəçi tərəfindən istifadə edilən proqram-aparat vasitələrinin konfiqurasiyası və səciyyəvi xüsusiyyətləri haqqında məlumatların üçüncü şəxslərə ötürülməsi zərurəti yaranan zaman, o cümlədən İstifadəçinin proqram-aparat vasitələri ilə qarşılıqlı fəaliyyət prosesində Şirkət tərəfindən avtomatik şəkildə ötürülən istənilən digər məlumatların istənilən üsulla toplanması, saxlanması, emal edilməsini həyata keçirmək;
8.1.16. İstifadəçi tərəfindən şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən İstifadəçinin istənilən fərdi məlumatlarını xidmətlərin göstərilməsi məqsədi ilə istənilən üsulla emal etmək;
8.1.17. Əməliyyatın həyata keçirilməsindən sonra 10 (on) təqvim günü keçdikdə İstifadəçi tərəfindən irəli sürülən əməliyyat üzrə pretenziyaların baxılmasını qəbul etməmək;
8.1.18. İstifadəçinin Sərəncamı olmadan öz mülahizəsinə uyğun olaraq CİBim üzrə müvafiq əməliyyatlara dair dəyişikliklərin həyata keçirilməsi.
8.1.19. Bu Qaydalara dəyişikliklərin daxil edilməsi (Tariflər və/və ya əlavə xidmətlərin təqdim edilməsi şərtləri də daxil olmaqla) haqqında bildirişi Şirkətin mülahizəsinə əsasən hər hansı üsulla İstifadəçiyə göndərilməsi yolu ilə bu barədə İstifadəçinin xəbərdar edilməsi;
8.1.20. İstifadəçinin CİB və onun vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatlara digər şəxslərin icazə verilməmiş girişinin qarşısını almaq;
8.1.21. Səlahiyyətli orqanın təqdim etdiyi sənədlər əsasında həmin orqanın tələblərinin yerinə yetirilməsi anına qədər İstifadəçinin CİB və ya cüzdan hesabını bloklamaq;
8.1.22. Həbsin qoyulması haqqında səlahiyyətli orqanların lazımi qaydada tərtib edilmiş sənədlərini alan zaman bu cür sənəddə göstərilən məbləğin həcmində pul vəsaitlərinin qalığına, pul vəsaitlərinin məbləği göstərilmədikdə isə pul vəsaitlərinin bütün qalığını dondurmaq;
8.1.23. CİBim-dən istifadə etməklə həyata keçirilən əməliyyatların və İstifadəçi haqqında məlumatların gizliliyinin qorunması üzrə bütün mümkün tədbirləri görmək.
8.2. İstifadəçinin hüquq və öhdəlikləri:
İstifadəçi:
8.2.1. Hazırkı Razılaşmanın şərtlərinə tələb olunan qaydada riayət etməli, Proqramdan hazırkı Razılaşmanın şərtləri çərçivəsində yalnız təklif olunan xidmətlərin icrası üçün istifadə etməli, Proqram çərçivəsində həyata keçirilmiş hər hansı əməliyyat ilə bağlı sualı və ya iddiası olduqda 14 (on dörd) təqvim günü müddətində Şirkətə bildirməlidir (qeyd olunan müddətdən sonra bildirilən sual və iddialara baxılmır).
8.2.2. Proqram İstifadəçinin şəxsi istifadəsi üçün təqdim olunur və İstifadəçi tərəfindən kommersiya məqsədləri üçün istifadə oluna bilməz. İstifadəçi Proqramdan qanunsuz, fırıldaq, dələduzluq və ya digər bədniyyətli məqsədlərlə istifadə etməməlidir. İstifadəçi Proqram yazılmış Mobil cihazının qorunmasını təmin edir və üçüncü şəxslərin müdaxiləsi ilə bağlı məsələlərə birbaşa cavabdehlik daşıyır. İstifadəçi Proqrama daxil olması üçün istifadə olunan PİN-kodun üçüncü şəxslər tərəfindən aşkar edilməsi şübhəsi yarandıqda dərhal PİN-kodu yenisi ilə əvəz etməlidir.
8.2.3. Proqram çərçivəsində Şirkət tərəfindən İstifadəçiyə hər cür SMS bildirişin göndərilməsinə və İstifadəçinin məlumatlarının elektron poçt ünvanına göndərilməsinə öz razılığını bildirir. Şəxsi məlumatların saxlanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aparılır.
8.2.4. İstədiyi vaxt Proqrama əlavə etdiyi kartların siyahısını dəyişdirmək (əlavə etmək və silmək) və Proqramın istifadə edilməsindən imtina etmək hüququna malikdir.
8.2.5. CİBim-dən istifadə edilməklə həyata keçirilən əməliyyatlar haqqında bildirişlər, məlumatlar, çıxarışlar almaq;
8.2.6. Qanunvericilik çərçivəsində Şirkətə müraciətlər və iddialar təqdim etmək və digər ərizələri göndərmək;
8.2.7. Mübahisəli əməliyyat üzrə iddialı əməliyyatın həyata keçirilməsi günündən etibarən 10 (on) iş günü ərzində Şirkətə göndərmək. Bu zaman iddia Şirkət tərəfindən müəyyən edilmiş formaya müvafiq olaraq, yazılı şəkildə tərtib edilməlidir.
8.2.8.İstifadəçinin Şirkət qarşısında borcunun olmadığı təqdirdə xidmətlərin alınmasından imtina etmək;
8.2.9. Bu Qaydalara riayət etmək, Şirkətin tələblərini lazımi şəkildə yerinə yetirmək;
8.2.10. Şirkətə doğru və həqiqəti əks etdirən eyniləşdirmə məlumatlarını təqdim etmək;
8.2.11. Avtorizasiya edilmiş məlumatların saxlanması üzrə tədbirlər görmək, üçüncü şəxslərə digər şəkildə ötürməmək və bu məlumatları digər şəxslər tərəfindən əldə edilməsi mümkün yerlərə yerləşdirməmək;
8.2.12. Qeyri-qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya digər qanuna zidd hərəkətlər,
8.2.13. Fərdi məlumatlarda, rekvizitlərdə və Eyniləşdirmə üçün təqdim edilən sənədlərdəki ictimai təhlükəsizlik və əxlaq normalarının pozulmasına yönələn tədbirlərin dəstəklənməsi ilə bağlı əməliyyatlar aparmamaq;
8.2.14. Şirkətə doğru və aktual (hazırki zaman mövcud olan) məlumatlar təqdim etmək;məlumatlarda, bildirişlərin göndərilməsi üçün məlumatlarda dəyişikliklərin edildiyi təqdirdə Şirkətə vaxtında xəbər vermək;
8.2.15. Şirkət tərəfindən tələb olunan məlumatları və sənədləri ona təqdim etmək;
8.2.16. İstifadəçi öz tərəfindən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən İstifadəçinin istənilən fərdi məlumatlarının xidmətlərin göstərilməsi məqsədi ilə Şirkət tərəfindən istənilən üsulla emal edilməsi üçün öz razılığını verir. Qeyd edilən razılıq xidmətlərdən istifadə edilməsi zamanı həmin müddət ərzində qüvvədədir;
8.2.17. İstifadəçi Şirkətə üçüncü şəxslərin fərdi məlumatlarını təqdim edərsə, İstifadəçi onların qanuniliyinə və bu fərdi məlumatların subyektlərinin bu məlumatların təqdim edilməsi üçün razılığının olmasına təminat verir, eləcə də qeyd edilən məlumatların qanuniliyi və həqiqiliyi üçün məsuliyyəti öz üzərinə götürür; 8.2.18. Bu Qaydalar və Qanunvericiliklə nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirir.



9.1. Şirkət hazırkı Razılaşmanın şərtlərinə uyğun olaraq Proqramı təqdim edir və Proqramın İstifadəçinin istək və tələblərinə uyğun olub-olmamasına görə məsuliyyət daşımır.
9.2. Şirkət “Apple” şirkəti tərəfindən dəstəklənməyən “jailbreak” əməliyyatları aparılmış Mobil cihazlara yüklənən Proqrama görə heç bir məsuliyyət daşımır.
9.3. Şirkət İstifadəçinin Mobil cihazının itirilməsi və ya oğurlanmasına, PİN-kodun başqası tərəfindən istifadə edilməsinə görə heç bir məsuliyyət daşımır. İstifadəçinin PİN-kodunun dəyişdirilməsi, itməsi və ya üçüncü şəxs(lər) tərəfindən ələ keçirilməsi ilə bağlı yarana biləcək risk və zərərlərə görə İstifadəçi məsuliyyət daşıyır.
9.4. İstifadəçi tərəfindən əksi sübut olunmadığı təqdirdə, Proqram çərçivəsində bütün əməliyyatlar İstifadəçinin Mobil cihazı vasitəsilə İstifadəçi tərəfindən həyata keçirilmiş hesab edilir. Şirkət İstifadəçinin Mobil cihazı vasitəsilə Proqramdan səlahiyyətsiz (icazə verilməmiş) istifadə nəticəsində yaranmış itkiyə görə heç bir məsuliyyət daşımır.
9.5. İstifadəçi Proqramın istifadəsi nəticəsində yaranmış hər hansı bir itkilərin və ya digər mənfi nəticələrin risklərini və məsuliyyətini müstəqil şəkildə daşıyır. Şirkət, İstifadəçiyə dəymiş istənilən zərərə/itkilərə görə, o cümlədən İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya hazırkı Razılaşmaya edilmiş dəyişikliklər və ya əlavələrlə tanış olmaması və ya vaxtında tanış olmamasına görə məsuliyyət daşımır. Proqram çərçivəsində aparılan bütün səlahiyyətli (icazə verilmiş) və ya səlahiyyətsiz əməliyyatlara və bununla əlaqədar tətbiq olunan ödənişlərə görə İstifadəçi cavabdehdir.
9.6. Şirkət Proqram çərçivəsində aparılmış əməliyyatların məxfiliyini təmin edir, bu əməliyyatlar barədə məlumatları kartın məxsus olduğu banka və qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət orqanlarına və digər səlahiyyətli şəxslərə verə bilər.
9.7. Şirkət İstifadəçi ilə Təchizatçılar arasında yaranmış mübahisələr və fikir ayrılıqlarına görə məsuliyyət daşımır.
9.8. İstifadəçinin CİB mobil tətbiqindən və CİBim xidmətindən istifadə etməsi hazırkı istifadə qaydaları ilə razılaşması kimi qiymətləndirilir və onlardan ilk dəfə istifadə etməyə başlandığı tarixdən qüvvəyə minir.
9.9. Bu Qaydalarının pozulması ilə CİB xidmətlərindən istifadə edilməsi halında, Şirkət İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır.
9.10. Şirkət yalnız özünün etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmuş) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır.
9.11. Şirkət, onun özü və ya əməkdaşlarının təqsirli hərəkətlərinin nəticəsi istisna olmaqla, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır.
9.12. Şirkət CİBMart vasitəsilə ödənişi həyata keçirilən və əldə edilən xidmət və malların İstifadəçiyə təqdim edilməməsinə və ya gec, qeyri-tam, keyfiyyətsiz təqdim edilməsinə görə hər hansı məsuliyyət daşımır. Belə hallarda İstifadəçilər öz iradlarını yalnız xidmət və malların təchizatçısına qarşı bildirməlidirlər.
9.13. CİB ödəniş sisteminin bir bölməsi olan "HUB"-da yerləşən tətbiqlərdə (statistika, elan, bloq, sığorta, tech.az, insure.az və sair) edilən əməliyyatlara görə (ödəniş əməliyyatları istisna) Şirkət heç bir məsuliyyət daşımır.
9.14. Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır:
▪ Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi nəticəsində;
▪ İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda və hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri-dəqiqliklər və ya digər uyğunsuzluqlar və yanlışlıqlar (İstifadəçinin tədbiqin yeni versiyasının əldə etməməsi daxil olmaqla);
▪ Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (hər hansı sistemin sıradan çıxması və ya texniki xətaların olması) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar;
▪ Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz);
▪ İstifadəçinin Şirkətin internet sehifəsindən çıxması və hər hansı Üçüncü Tərəfin internet saytına qoşulması və ya çıxması və ya istifadəsi;
▪ Bu Qaydalara uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi;
▪ Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən dələduz və ya digər qanunsuz hərəkət (hərəkətsizlik). İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir.
▪ Şirkətin keçirdiyi mükafat oynamaları nəticəsində udulan mükafatın istifadəçini qane edəcək vəziyyətdə olmaması və/və ya onu qane edəcək şəkildə işləməməsi. İstifadəçi belə məsələlərlə bağlı mükafatın (mükafatların) istehsalçısına müraciət etməlidir.
▪ Şirkətin ciddi etinasızlığı nəticəsində yaranan iddialar, xərclər və məsuliyyətlər istisna olmaq şərtilə, İstifadəçi Şirkəti İstifadəçinin Xidmətlərə daxil olması və onlardan istifadə etməsi və ya İstifadəçi tərəfindən İstifadə Qaydalarınin pozulması nəticəsində yaranan istənilən iddialardan, xərclərdən və məsuliyyətlərdən azad edir və təhlükəsizliyini təmin edir.
▪ Şirkətin keçirdiyi mükafatlandırma oyunları nəticəsində İstifadəçilər tərəfindən udulan mükafat, qalib İstifadəçini hər hansı şəkildə qane etməzsə, bu halda İstifadəçi öz iradlarını Şirkətə və/ və ya mükafatı təqdim edən üçüncü tərəfə bildirə bilər.
Xidmətlərlə bağlı olan hər hansı şikayətlər Şirkətə göndərilməlidir (elektron ünvan: [email protected]).
9.15. Tərəflər hazırkı Razılaşmanın öhdəliklərinin yerinə yetiriliməməsinə və ya düzgün yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.



10.1. Hazırkı Razılaşmadakı öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq CİB və CİBim Xidmətlərinə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Qaydaları ilə bağlı hər hansı mübahisələr yarandıqda, Tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. Tərəflər arasında mübahisələr yaranarsa, belə hallar hazırkı Razılaşmanın şərtlərinə əsasən danışıqlar yolu ilə həll ediləcəkdir. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, mübahisələrə qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmələr vasitəsi ilə baxılacaqdır.
10.2. İstifadəçinin hazırkı Razılaşma çərçivəsində nəzərdə tutulmuş halları əhatə edən iddiaları aşağıda qeyd olunan məlumatlar əks olunmaqla elektron formada göndərildiyi halda Şirkət tərəfindən cavablandırılır:
10.2.1. haqqında iddia bildirilən vəziyyətin yarandığı tarix və gün,
10.2.2. iddia bildirilən vəziyyətin baş verdiyi şərait,
10.2.3. İstifadəçinin tələblərinin məzmunu, həmçinin İstifadəçi ilə əlaqə yaratmaq üçün mobil telefon nömrəsi və elektron poçt ünvanı.
10.3. Şirkət İstifadəçinin iddialarına onların alındığı gündən 10 (on) iş günü ərzində baxacaq və əsaslandırılmış cavabı İstifadəçinin iddiasında göstərilmiş rekvizitlərə göndərəcəkdir.
10.4. Danışıqlar başlayan andan etibarən Tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən Tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.
10.5. Hazırkı Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunacaqdır.


Xidmətlərə daxil olduqdan sonra, İstifadəçiyə onun həmin xidmətlərdən istifadəyə görə cavabdeh olmağı qəbul etmək və ya onunla razılaşmaq seçimi verilir. Istifadəçinin verdiyi sərəncamlar İstifadəçinin yazılı formada imzaladığı sərəncamlar ilə eyni hüquqi qüvvəyə malik olur və gələcəkdə hər hansı mübahisənin həlli zamanı sübut kimi tətbiq edilə bilər.


İstifadəçi aşağıdakılara yol verməyəcək:
- İstifadəçi özü haqqında heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməyəcək;
- Xidmətlərə qeyri-qanuni, dələduzluq, bədniyyətli, zərərverici və ya iftiralı məqsədlərlə daxil olmayacaq və ya onlardan istifadə etməyəcək;
- Xidmətlərin qorunub saxlanmasına, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə xələl gətirə biləcək əməllər və ya tədbirlər görməyəcək (qeyri-qanuni, dələduz, bədniyyətli, zərərverici və ya iftiralı və ya hər hansı digər şəxsə xələl gətirə biləcək və ya gətirən əməllər daxil olmaqla).
- İstifadəçi tərəfindən iki və ya daha çox profillərin (şəxsi səhifə) açılması qadağan edilir. İlkin profilə çıxışın məhdud olması səbəbindən əlavə profil açan İstifadəçi Şirkətə onun bağlanılması xahişi ilə və ya Şifrənin xatırlanması opsiyası vasitəsi ilə girişin bərpa olunması xahişi ilə müraciət etməlidir. Əlavə (saxta) profillərin açılması ilə bağlı bütün digər hallarda bu profillər Şirkət tərəfindən bloklaşdırılacaq, İstifadəçinin topladığı bonus xalları isə tam olaraq silinəcək. İstifadəçi saxta profilindən istifadə etməklə hər hansı hədiyyə (mükafat) qazanarsa, Şirkət həmin hədiyyəni istifadəçiyə təqdim etməmək hüququna malikdir.
- CİB və CİBim xidmətlərindən istifadə zamanı üçüncü şəxslərin qanuni maraq və hüquqlarının pozulmasına yol verməyəcək və belə fəaliyyəti üçün üçüncü şəxslər qarşısında bir başa məsuliyyət daşıyır.
- Özünü başqa şəxs kimi (kifayət qədər hüququ olmayan nümayəndə və ya təşkilat kimi), həmçinin Şirkət əməkdaşı, vebsayt sahibi, Şirkət partnyorlarının əməkdaşı kimi təqdim etməyəcək;
- Digər şəxslərin şəxsi məlumatlarını icazəsiz və qanunsuz toplamayacaq, saxlamayacaq və onlardan heç bir halda istifadə etməyəcək;
- Azərbaycan Respublikası Qanunvericiliyin, habelə Beynəlxalq Hüquq normalarının tələblərini pozmayacaq;


13.1. İstifadəçi özünün İstifadəçi Adını və Şifrələrini hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç bir şəxsə bu məlumatları birbaşa və ya dolayısı yolla açıqlamamalıdır. İstifadəçi onun tərəfindən seçilmiş istifadəçi adı və şifrələrin təhlükəsiz istifadə və qorunması üçün birbaşa məsuliyyət daşıyır;
13.2. Əgər İstifadəçi özünə aid bu məlumatların kiməsə aşkar olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Şifrəsini müvafiq qaydada dəyişməlidir.


14.1. Şirkət “cookie-faylları”ndan və digər məlumat toplama texnologiyalarından istifadə etməklə İstifadəçinin internet üzərindən əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər.
14.2. İstifadəçinin əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığı barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər.
14.3. Şirkət İstifadəçinin şəxsi məlumatlarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun toplayır və ondan istifadəsini təmin edir.
14.4. Şirkət İstifadəçiyə məlumat xarakterli ismarıclar (email, sms və digər üsullarla) göndərmək hüququndadır. CİB xidmətlərindən istifadə edən hər bir İstifadəçi Azərbaycan Respublikasının Reklam haqqında Qanununa əsasən, reklam xarakterli ismarıcların alınmasına razılıq verir.


15.1. Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi olan valyuta ilə həyata keçirilə bilər.
15.2. İstifadəçi qəbul edir ki, Üçüncü Tərəflər, eləcə də aralıq xidməti göstərən banklar və/və ya hökumət ödəniş portalı, Xidmətlərdən istifadə etmək üçün xidmət təminatçısına ödənilən haqlar da daxil olmaqla müəyyən haqların (komissiyanın) ödənilməsini tələb edə bilər.
15.3. Ödəniş kartları və digər ödəniş alətləri ilə ödəniş aparılan zaman bu kartları və alətləri emissiya edən təşkilatlar İstifadəçidən Şirkətin tətbiq etdiyi xidmət haqqından əlavə xidmət haqları tuta bilər.


16.1. İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu, Şirkətin aldığı hər hansı yazışma, razılaşma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçi tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində olan hesab olunur və onun nəticələri İstifadəçi üçün məcburidir.
16.2. İstifadəçi razılaşır və qəbul edir ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma, razılaşma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur.
16.3. İstifadəçi həmçinin razılaşır və qəbul edir ki, yazışma, razılaşma və ya müqavilənin elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına baxmayaraq heç bir belə yazışma, razılaşma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək.
16.4. Bu İstifadə Qaydalarınin məqsədləri üçün, “elektron vasitələr” termini kompüter, telefon, mobil telefon, smartfon, internet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu başa düşülür.


Təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, emidemiya, pandemiya, lokaut və elektrik təchizatının, kabel, telefon, internet və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması, hətta profilaktik işlərin görülməsi nəticəsində Xidmətlərin yerinə yetirilməməsinə görə Şirkət məsuliyyət daşımır.


18.1. Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən CİBim-dən istifadə şərtlərini (bütövlüklə və ya qismən) dərhal ləğv edə, dəyişə və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.
18.2. Bu Qaydaların bir və ya bir neçə müddəası bu və ya digər səbəbdən etibarsız sayılarsa və hüquqi qüvvəsi olmazsa, bu Razılaşmanın digər qaydalarınin həqiqiliyinə və etibarlılığına təsir etmir.


19.1. Şirkət malik olduğu bütün əqli mülkiyyət hüquqlarının və Ticarət nişanının (“CİB”, CİBim və s.) sahibidir. Bura Vebsayt, Mobil Tətbiq, sosial şəbəkələr və digər resurslar daxildir.
19.2. Başqa cür göstərilməmişsə, CİB və CİBim xidmətlərinə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, qrafiklər, proqram təminatı, HTML kodları, audio kliplər, səs yazıları, müsiqi və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar, cizgilər və bütün işlər Şirkətin mülkiyyətidir və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Ödəniş Platformaları ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi da daxil olmaqla, onlar bu İstifadə Qaydalarına və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir.
19.3. Bu İstifadə Qaydalarındə və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin işlərindən, əmtəə nişanlarından və ya loqolarından heç bir digər yolla istifadə olunması hüququnu yaradan kimi şərh edilməməlidir.


20.1. CİB xidmətləri haqqında məlumatlar elektron poçt, SMS vasitəsi ilə POP-UP texnologiyası ilə və ya tətbiq bildirişlərilə (app notifications) İstifadəçiyə çatdırıla bilər.
20.2. Xidmətdən imtina ilə bağlı İstifadəçiyə məlumatların təqdim edilməməsi nəticəsində yaranacaq hər hansı hala görə Şirkət məsuliyyət daşımır.


Bu Qaydalar Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir. Üç dil arasında uyğunsuzluq olduğu təqdirdə, Azərbaycan dilinə üstünlük verilir.


“Findynamix” MMC-nin (daha sonra – “Şirkət”) məhsulu – ödəniş sistemi olan “CİB” (daha sonra – “CİB”) vasitəsilə istifadəçilər (daha sonra – “İstifadəçi”) tərəfindən edilən istənilən ödəniş zamanı bonusların toplanması və istifadə edilməsi bu Qaydalarla (bundan sonra “Qaydalar”) tənzimlənir. Bu Qaydalar Şirkət tərəfindən vaxt aşırı düzəliş edilə bilən və dəyişdirilə bilən şərtlər toplusundan ibarət olaraq İstifadəçi tərəfindən müvafiq qeydiyyat zamanı, hər dəfə xidmətlərdən istifadə edilməsi ilə təsdiq edilir. Bu Qaydalar yalnız “CİB” sistemində müvafiq qeydiyyatdan keçmiş (eyniləşdirilmiş) İstifadəçilərə şamil edilir. CİB xidmətlərindən istifadə edilməsi İstifadəçinin bu Qaydalar və orada göstərilən şərtlərlə razılaşması deməkdir, bu şərtlər və qaydalarla razılaşmadıqda, İstifadəçi xidmətlərdən istifadə etməkdən çəkinməlidir.

22.1 ANLAYIŞLAR:
Bonus – İstifadəçinin CİB sistemində qeydiyyatdan keçərək etdiyi əməliyyatlara görə (ödəniş, köçürmə və sair) qazandığı xallardır;
CİBBON – CİB tətbiqinin müştərilərinə təqdim etdiyi Loyallıq Proqramı;
Bonus hesabı – İstifadəçinin CİB sistemində qeydiyyatdan keçərək etdiyi əməliyyatlara görə (ödəniş, köçürmə və sair) qazandığı və xərclədiyi xalların əks edildiyi hesab;
Qaydalar – CİB kassa və CİBim E-cüzdan istifadə qaydalarının tərkib hissəsi olan Bonusların toplanması və istifadəsini tənzimləyən Qaydalar;
Mal və Xidmət – Şirkətin özü və ya onun partnyorları tərəfindən təqdim edilən və İstifadəçi tərəfindən qazanılmış Bonuslara dəyişdirilə bilən xidmət və ya məhsullar;

22.2 BONUS İSTİFADƏ ŞƏRTLƏRİ:
22.2.1. İstifadəçi, CİB-də olan Bonuslar bölməsində ümumi bonusların cəmi, bonusların yığılma və xərclənmə tarixçəsi, bonuslarla əldə edilə biləcək hədiyyələr, İstifadəçinin artıq əldə etdiyi hədiyyələr siyahısı, dosta hədiyyə et imkanları və tariflər barəsidə məlumat əldə edə biləcək.
22.2.2. İstifadəçi müəyyən xidmət və ya məhsulları bonuslarla ödəniş etməklə ala bilər. Həmçinin, İstifadəçi müəyyən xidmət və ya məhsulların satış dəyərinə endirim kuponlarını bonuslar vasitəsilə əldə edə bilər.
22.2.3. İstifadəçi Şirkətin CİB vasitəsilə həyata keçirtdiyi uduşlu lotoreyalarda iştirak şansını müəyyən sayda bonusla dəyişərək qazana bilər.
22.2.4. İstifadəçi öz bonuslarını CİB tərəfindən qeyd olunmuş limit və komissiya çərçivəsində hər hansı CİB istifadəçisi olan digər şəxsə hədiyyə edə bilər.
22.2.5. İstifadəçi hər hansı bir şəxsi CİB-in istifadəçisi olmağa dəvət etməklə tətbiq edilmiş limitlərə uyğun sayda əlavə bonus qazana bilər. Bu zaman İstifadəçi o halda bonus qazanır ki, şəxs İstifadəçinin ona göndərdiyi CİB mobil tətbiqi yükləmə linki vasitəsilə qeydiyyatdan keçərək CİB-nin yeni istifadəçisinə çevrilsin.
22.2.6. İstifadəçi doğum günündə CİB-dən müəyyən sayda bonus qazana bilər. Bunun üçün tətbiqi yükləyəndə doğum tarixini daxil etmək kifayət edir. İstifadəçinin etdiyi ödəniş və ya pul köçürməsinə görə qazana biləcəyi bonus miqdarı tariflər hissəsində qeyd olunub.
22.2.7. Doğum gününün müştəri tərəfindən səhv yazılması və ya il ərzində bir neçə dəfə dəyişdirilməsinə görə CİB məsuliyyət daşımır.
22.2.8. İstifadəçi öz bonuslarından xeyriyyə məqsədləri üçün də istifadə edə bilər. Bu zaman xeyriyyə qurumuna hədiyyə etdiyi bonuslar müəyyən pul ekvivalenti ilə həmin qurumların hesabına köçürüləcəkdir.
22.2.9. Hesablanmış bonuslar standart olaraq yuvarlaqlaşdırıla bilər.
22.2.10. Bonuslarla əldə edilən promokodların digər şəxslərin istifadəsinə görə Şirkət məsuliyyət daşımır. Odur ki, həmin promokodun məxfi qalması İstifadəçinin məsuliyyətidir. Promokodlar istifadə müddəti bitdikdən sonra yararsız hesab edilir. Bu səbəbdən promokodların istifadə müddəti bitənədək istifadə edilməsi tövsiyyə olunur, əks halda bonuslar geri qaytarılmayacaq. d
22.2.11. CİB ödəniş sistemində qeydiyyatdan keçmiş lakin davamlı olaraq 6 (altı) ay və daha çox aktiv olmayan İstifadəçi, əməliyyat bonusları daxil olmaqla, bütün topladığı bonuslarının (Xoş gəldin bonusu, Kart əlavə etmə bonusu, İlk əməliyyat bonusu, Bayram bonusu, Ad günü bonusu, CİBim Cüzdanı eyniləşdirmə bonusu, Təşəkkür bonusu, ödəniş və köçürmə bonusu və sair) Şirkət tərəfindən sıfırlanmasına (silinməsinə) razılıq verir.
22.2.12. Əsassız varlanma məqsədilə müxtəlif sosial şəbəkələr və digər vasitələrlə CİB ödəniş sisteminə məxsus istinad (referral) kodlarını yayan və bununla da qanunsuz və əsassız CİB bonuslar qazanan İstifadəçilərin qazandıqları (referral) bonuslar Şirkət tərəfindən ləğv bilər.
22.2.13. Bayram bonusları son 90 gün ərzində ən az bir ödəniş və ya köçürmə edən müştərilərə təqdim edilir.


Hazırkı Məxfilik (Məlumatların Açıqlanmaması) Qaydaları (bundan sonra “Qaydalar”) Şirkət (“Məlumatı qəbul edən tərəf”) və hazırkı Qaydaları qəbul edərək CİB mobil tətbiqi vasitəsilə təqdim edilən CİBim Xidmətlərindən istifadə edən “İstifadəçi” (“Məlumatı açıqlayan tərəf”) arasında (Məlumatı açıqlayan tərəf və Məlumatı qəbul edən tərəf bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlana bilər) məlumatların əldə olunması və məxfi saxlanması qaydalarıni müəyyən edir.

NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfdən xidmətlərin göstərilməsi çərçivəsində Məxfi Məlumatları əldə etmək arzusundadır; və

NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı açıqlayan tərəf belə Məlumatları xidmətlərdən istifadə etmək məqsədilə təqdim etmək arzusundadır və Məlumatı qəbul edən tərəf belə Məlumatları qəbul edir və onlarla yalnız hazırkı Qaydalara uyğun olaraq ciddi məxfilik çərçivəsində davranır.

BUNUNLA DA, Tərəflər aşağıdakılar üzrə razılığa gəlmişlər:

23.1. MƏXFİ MƏLUMATLAR: 23.1.1. “Məxfi Məlumatlar” termini, Məlumatı açıqlayan Tərəfə aidiyyəti olan, biznes fəaliyyəti, idarəçilik, kommersiya, maliyyə, əməliyyat və texniki məlumatları ehtiva edən bütün qeyri-ictimai, özəl və məxfi Məlumatları, həmçinin hazırkı Qaydaların müddəaları və Məlumatı qəbul edən Tərəfə təqdim olunan və ya açıqlanan, “məxfi”, “özəl” və ya onun məxfi və ya özəl təbiətini nümayiş etdirən yazı olub olmamasından asılı olmayaraq hər hansı məlumatları bildirir.
23.1.2. Hər hansı Məlumat və ya məsələ aşağıdakı hallarda “Məxfi Məlumatlara” daxil edilmir:
a). hazırkı Qaydalara uyğun olaraq açıqlanmazdan əvvəl, Məlumatı qəbul edən tərəfə artıq KİV vasitəsi ilə, ictimaiyyətə məlum olan və ya Tərəflərdən birinin özu haqqında yayılan məlumatlar və bu cür məlumatlılığın hər hansı məxfilik öhdəliyi pozulmadan əldə edildiyi halda;
b) Məlumatı qəbul edən tərəf hazırkı Qaydaların müddəalarını pozmamış, məlumatlar İctimai mülkiyyətin bir hissəsinə cevrildiyi halda;
c) Məlumatı qəbul edən tərəfin, Məlumatı açıqlayan tərəf və ya onun Ortaq şirkətləri qarşısında məxfiliyə dair heç bir öhdəliyi olmayan üçüncü şəxslərdən KİV vasitəsi ilə, ictimaiyyatə məlum olan və ya Tərəflərdən birinin özu haqqında yayılan məlumatlar şəkildə alındığı halda.
23.1.3. Hazırkı Qaydaların məqsədləri üçün, “Ortaq Şirkəti” Tərəfin nəzarət etdiyi, Tərəfə nəzarət edən və ya Tərəflə ümumi nəzarət altında fəaliyyət göstərən qurumu bildirir və yuxarıda göstərilən “nəzarət” hüquqi şəxsin direktorları və ya ona bərabər statusda olanlar üzrə səs vermək hüququna malik səhmlərin və ya payların 50%-dən yuxarı olan birbaşa və ya dolayı mülkiyyətini bildirir, bu şərtlə ki, bu cür mülkiyyət və ya hüquq mövcud olsun

23.2. MƏLUMATI QƏBUL EDƏN TƏRƏFİN ÖHDƏLİKLƏRİ:
23.2.1 Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin bütün Məxfi Məlumatları ilə məxfi və təhlükəsiz şəkildə davranır, və:
a) Məlumatı açıqlayan tərəfin, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qabaqcadan yazılı razılığı olmadan, bu cür Məxfi Məlumatları heç bir üçüncü şəxsə açıqlamır;
b) Məxfi Məlumatları ən azı özünün məxfi və özəl məlumatlarının qorunması üçün istifadə etdiyi qayğı ilə hər hansı icazəsiz istifadədən, açıqlamadan, ötürmədən və ya dərcetmədən qoruyur və mühafizə edir;
c) hər hansı Məxfi Məlumatdan Məlumatı açıqlayan Tərəflə bağlı rəqabət və ya digər üstünlük əldə etmək məqsədilə istifadə etmir;
d) Bu cür Məxfi Məlumatlar haqda məlumatlı olmaları tələb olunan özünün direktorlarına, məsul şəxslərinə və ya işçilərinə Məxfi Məlumatların açıqlanmasını məhdudlaşdırır və bu cür Məlumatları yalnız hazırkı Qaydaların konkret məqsədləri üçün onlara tələb olunan dərəcədə açıqlayır;
e) Onun adından fəaliyyət göstərən bütün şəxslərlə bu şəxslərin məxfiliklə bağlı üzərilərinə oxşar öhdəlik götürmələrini təmin etmək və bu cür şəxsləri Məxfi Məlumatların hazırkı Qaydalarda nəzərdə tutulan hallardan başqa açıqlanmaması və ya istifadə edilməməsi haqda xəbərdar etmək üçün müvafiq tədbirlər görür;
f)Məxfi Məlumatlardan icazəsiz istifadə və ya açıqlama halı aşkar etdiyi təqdirdə bu haqda Məlumatı açıqlayan tərəfə dərhal məlumat verir və Məxfi Məlumatları yenidən əldə etmək və gələcəkdə icazəsiz hərəkətlərə və ya hazırkı Qaydaların müddəalarının digər pozuntularına yol verməmək üçün məntiqli addımlar atır.
23.2.2 Hüquq və ya Lisenziyaların verilməməsi. Hazırkı Qaydalar üzrə Məxfi Məlumatların açıqlanması Məlumatı qəbul edən tərəfə bu cür Məxfi Məlumatlar üzərində, dünyanın hər hansı yurisdiksiyasının istənilən qanun və qaydası tərəfindən tanınan hər hansı patentə, əmtəə nişanına, müəllif hüququna və ticarət sirrinə dair hər hansı hüquq və ya lisenziya, maddi və qeyri-maddi və ya digər hüquqlar (birlikdə - Əqli Mülkiyyət Hüquqları”) məhdudiyyətsiz daxil olmaqla, hər hansı açıq-aşkar və ya nəzərdə tutulan lisenziya və ya hüquq vermir. Məlumatı açıqlayan tərəf və / və ya onun lisenziarları Məlumatı qəbul edən tərəfin yalnız hazırkı Qaydalarda acıq-aydın şəkildə nəzərdə tutulan məqsədlər üzrə istifadə edəcəyi istənilən Məxfi Məlumatlar üzərində bütün Əqli Mülkiyyət Hüquqlarını özlərində saxlayırlar. Məlumatı qəbul edən tərəf Məxfi Məlumatlara və ya onların istənilən hissəsinə əlavə edilən və ya qoşulan Məlumatı açıqlayan tərəfin hər hansı əmtəə nişanına, loqosuna, müəllif hüququ haqda bildirişlərinə və ya digər xüsusi bildirişlərinə və ya fərqləndirici nişanlarına dəyişiklik etməməyi və ya onları silməməyi öhdəsinə götürür.
23.2.3 Məxfi Məlumatların qaytarılması. Mövcud qanun və qaydalarda başqa cür tələb edilmirsə, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin tələbindən sonra Məlumatı açıqlayan tərəfin Məxfi Məlumatlarının daxil olduğu, həmin Məlumatları əks etdirən, onlardan ibarət olan və ya həmin Məlumatlara əsaslanan bütün sənədləri və materialları (və ya onların müvafiq hissələrini) məhv edir, kompyuterdən (və ya oxşar cihazdan) tamamilə silir və ya Məlumatı açıqlayan tərəfə geri qaytarır.


24.1 Öhdəliyin olmaması. Nə hazırkı Qaydalar, nə də Məxfi Məlumatların açıqlanması və qəbul edilməsi istənilən Tərəfin digər Tərəflə hər hansı biznes əlaqəsi qurmaq öhdəliyini və ya niyyətini yaratmır və ya nəzərdə tutmur.
24.2 Zəmanətin verilməməsi. İstənilən Məxfi Məlumatın bir Tərəfdən digər Tərəfə açıqlanması onu açıqlayan Tərəf üçün heç bir bəyanat və ya zəmanət yaratmır.
24.3 Müddət. Hazırkı Qaydalar onun qəbul edilərək təsdiq edilməsi tarixindən başlayaraq CİB və CİBim-dən istifadə müddətində qüvvədə qalır.
24.4 Tam Razılaşma. Bu Qaydalar Məxfi Məlumatların məxfiliyi və açıqlanmaması ilə bağlı Tərəflər arasında tam razılaşmanı təşkil edir və onunla bağlı bütün əvvəlki razılaşmaları və anlaşmaları əvəz edir. Yazılı surətdə tərtib edilməyincə və hər iki Tərəfin lazımi qaydada səlahiyyət verilmiş nümayəndələri tərəfindən imzalanmayınca, hazırkı Qaydaların istənilən müddəasına edilən dəyişiklik, düzəliş və ya əlavə heç bir öhdəlik yaratmayacaq.
24.5 Elan etməmə. Qanunla, hər hansı hökumət və ya digər tənzimləyici orqan və ya hər hansı məhkəmə və ya səlahiyyətli yurisdiksiyaya malik digər orqan tərəfindən tələb edilən hallar istisna olmaqla, Tərəflərdən heç biri digər Tərəfin qabaqcadan yazılı razılığı olmadan bu Qaydalar barədə hər hansı məlumatları, onunla nəzərdə tutulmuş müzakirə və ya danışıqları heç bir qaydada açıqlaya, yaya və ya reklam edə bilməz.
24.6 Məcburi Açıqlama. Məlumatı qəbul edən tərəf səlahiyyətli yurisdiksiyanın məhkəməsi və ya digər tənzimləyici orqanının tələbi ilə Məxfi Məlumatların istənilən birini açıqlamaq məcburiyyətində olarsa, onda o Məlumatı açıqlayan Tərəfə bu haqda təcili surətdə məlumat verməlidir ki, Məlumatı açıqlayan tərəf açıqlamaya qarşı müvafiq müdafiəedici məhkəmə qərarı və ya digər müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilsin, və istənilən halda açıqlanmanın daha geniş vüsət almasının mövcud şəraitdə mümkün olan dərəcədə qarşısını almalıdır.
24.7 Bildirişlər. Hazırkı Qaydalar üzrə təqdim olunan bütün bildirişlər yazılı surətdə tərtib edilir və Məlumatı açıqlayan tərəfə müvafiq vasitələrlə çatdırılır. Hər hansı Tərəfin rekvizit məlumatları dəyişdikdə, həmin Tərəf digər Tərəfi bu barədə xəbərdar edir və yeni məlumatları dəyişiklik tarixindən sonra on gün ərzində təqdim edir.
24.8 Tətbiq edilən Qanun və Yurisdiksiya. Hazırkı Qaydalar və onun nəticəsində və ya onunla əlaqədar olaraq yaranan hər hansı mübahisə və ya iddia bütün münasibətlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Tərəflər aralarında və bu Qaydalar ilə əlaqədar baş verən mübahisələri xoş məramla həll etməyə cəhd göstərirlər. Əgər mübahisəni otuz təqvim günü ərzində qarşılıqlı danışıqlar yolu ilə həll etmək mümkün olmazsa, onda bu cür mübahisə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
24.9 Hüquqdan imtina edilməsi. Hər hansı Tərəfin bu Qaydaların hər hansı müddəasında nəzərdə tutulmuş istənilən hüquqdan hər hansı vaxt icra etməməsi və ya icrasının ləngitməsi onun bu hüququnu məhdudlaşdırmır və ondan imtina halını təşkil etmir, nə də ki istənilən hüququn birdəfəlik və ya qismən icrası həmin hüququn istənilən vaxt hər hansı gələcək icrasının qarşısını almır və ya icrasını məhdudlaşdırmır.
24.10 Bu Qaydalar ilə başqa cür nəzərdə tutulmayıbsa, bu Qaydaların bütün müddəa və qaydaları Tərəflərə, onların hüquqi varislərinə və Qaydaların icrası tapşırılan digər şəxslərə də şamil edilir və onlar üçün məcburidir.
24.11 Tərəflərdən heç biri digər Tərəfin qabaqcadan yazılı razılığı olmadan bu Qaydalar üzrə hüquqlarından heç birini digər şəxsə ötürmür, vermir və ya başqa yolla onlara sərəncam vermir, yaxud bu Qaydalar üzrə öhdəliklərinin heç birini digər şəxsə ötürmür, vermir və ya başqa yolla onlara sərəncam vermir.
24.12 Bu Qaydalar Azərbaycan, ingilis və rus dillərində mövcuddur. Üç dil arasında uyğunsuzluq olduğu təqdirdə, Azərbaycan dilinə üstünlük verilir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, İstifadəçi (“Məlumatı açıqlayan tərəf”) bu Qaydaları qəbul etməklə bütün müddəaları ilə razı olduğunu bildirir.



▪ Əgər hazırkı Razılaşma İstifadəçi tərəfindən qəbul edildikdən sonra hansısa qarşısıalınmaz qüvvələrin təsiri nəticəsində fövqəladə hallar (fors-major halları) baş verərsə və Tərəflər əvvəlcədən bunu nə görə nə də əsaslı tədbirlər hesabına qarşısını ala bilməzsə bu zaman Tərəflər hazırkı Razılaşmanın öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri-qənaətbəxş yerinə yetirilməsinə görə məsuliyyətdən azad olunurlar. Belə fövqəladə hallara təbii fəlakətlər, daşqınlar, zəlzələ, epidemiya, yanğın hadisələri, kütləvi iğtişaşlar, tətillər, inqilab, hərbi müdaxilələr, bir başa və ya dolayı yolla hazırkı Razılaşmada göstərilənləri qadağan edən qanunvericilik aktlarının, dövlət qaydalarının, hökumət orqanları sərəncamlarının qüvvəyə minməsi, eləcə də Tərəflərin nəzarətində olmayan və öhdəliklərin yerinə yetirilməsinə maneçilik törədən bütün başqa hallar daxildir. Fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hallar (qarşısıalınmaz qüvvə) nəticəsində öhdəliklərin icrası mümkün olmadıqda öhdəliklərə xitam verilir. Fors-major halların baş verməsi Tərəfləri, bu hallar baş verməmişdən əvvəl hazırkı Razılaşma üzrə yerinə yetirilməli olduqları öhdəliklərin icrasından azad etmir.
▪ Proqram, həmçinin Proqram çərçivəsində istifadə olunan bütün “brend”lər, “loqo”lar və “ad”lar, onların mənsub olduğu sahiblərinə aid müvafiq ticarət nişanlarıdır. Müəllif hüquqları daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq Proqram, həmçinin Proqram çərçivəsindəki bütün digər hüquqlar Şirkətə və ya Şirkət ilə müvafiq müqavilələr bağlamış üçüncü tərəflərə məxsusdur.
▪ İstifadəçi Proqram çərçivəsində istifadə olunan “brend”lərdən, “loqo”lardan və “ad”lardan Şirkətin razılığı olmadan istifadə edə bilməz. Hazırkı Razılaşma çərçivəsində istifadə olunan bütün müəllif və digər hüquqlar Azərbaycan Respublikasının mövcud qanunları ilə tənzimlənir. İstifadəçi hazırkı Razılaşmanın çərçivəsində əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin («Patent haqqında», «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında», «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında», digər qanunların və əlaqədar normativ hüquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Şirkəti qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.
▪ Şirkət əvəzsiz olaraq İstifadəçiyə “qaynar xətt” xidməti təqdim edir. İstənilən mobil və ya şəhər telefonundan istifadə etməklə “qaynar xətt” xidmətinə (*8282) zəng vurmaq mümkündür. İstifadəçi “qaynar xətt” xidmətinə zəng vurmaqla qeydiyyat zamanı daxil etdiyi məxfi sözü bildirdikdən sonra Proqram, həmçinin Proqram çərçivəsində həyata keçirdiyi əməliyyatlar barədə məlumat əldə edə bilər.
▪ İstifadəçinin təqdim etdiyi elektron ünvandan və mobil telefon nömrəsindən daxil olan bütün məlumatlar etibarlı hesab olunacaqdır və gələcəkdə bu məlumatların etibarsızlığı ilə bağlı ortaya çıxan risk və zərərə görə Şirkət hər-hansı məsuliyyət daşımır.
▪ İstifadəçi Proqramın tərkibi və funksionallığı ilə bağlı müraciətlərini, təkliflərini və şikayətlərini Şirkətin bu elektron poçt ünvanına göndərə bilər: [email protected]
▪ “Findynamix” MMC-nin (daha sonra – “Şirkət”) məhsulu – ödəniş sistemi olan “CİB”daha sonra – “CİB”) vasitəsilə istifadəçilər (daha sonra – “İstifadəçi”) tərəfindən edilən istənilən ödəniş zamanı bonusların toplanması və istifadə edilməsi bu Qaydalarla (bundan sonra “Qaydalar”) tənzimlənir.
▪ Bu Qaydalar Şirkət tərəfindən vaxt aşırı düzəliş edilə bilən və dəyişdirilə bilən şərtlər toplusundan ibarət olaraq İstifadəçi tərəfindən müvafiq qeydiyyat zamanı, hər dəfə xidmətlərdən istifadə edilməsi ilə təsdiq edilir.
▪ Bu Qaydalar yalnız “CİB” sistemində müvafiq qeydiyyatdan keçmiş (eyniləşdirilmiş) İstifadəçilərə şamil edilir.
▪ CİB xidmətlərindən istifadə edilməsi İstifadəçinin bu Qaydalar və orada göstərilən şərtlərlə razılaşması deməkdir, bu şərtlər və qaydalarla razılaşmadıqda, İstifadəçi xidmətlərdən istifadə etməkdən çəkinməlidir.



▪ Proqrama əlavə olunan hər bir karta və Proqram vasitəsi ilə verilmiş sərəncamlara görə İstifadəçiyə Şirkət tərəfindən birtərəfli qaydada xidmət haqların tutulması tətbiq oluna bilər. Xidmət haqların məbləği müvafiq kart əlavə olunmazdan, sərəncamın icrası haqqında müvafiq sərəncamın yerinə yetirilməsindən əvvəl Proqram vasitəsilə İstifadəçinin nəzərinə çatdırılır. Xidmət haqları İstifadəçinin Proqrama əlavə etdiyi müvafiq kartından (kart hesablarından) silinir.
▪ Şirkət öz müstəsna mülahizəsinə görə, ilkin və/və ya sonradan bildiriş etmədən istənilən vaxt xidmət haqlarını dəyişdirmək hüququna malikdir. Dəyişdirilmiş xidmət haqları müvafiq kart əlavə olunmazdan, sərəncamın icrası haqqında müvafiq sərəncamın yerinə yetirilməsindən əvvəl Proqram vasitəsilə İstifadəçinin nəzərinə çatdırılır. İstifadəçi dəyişdirilmiş xidmət haqqı ilə razılaşmadıqda Proqramın istifadəsindən imtina edə bilər. Xidmət haqqı dəyişdirildikdən sonra İstifadəçi tərəfindən Proqramın istifadəsinə davam edilməsi xidmət haqqı ilə razılaşma kimi qəbul olunacaqdır və gələcəkdə xidmət haqqı İstifadəçi tərəfindən mübahisələndirilməyəcəkdir.